BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
66044

İşğaldan azad edilmiş ərazilərin fəaliyyət sahələri üzrə texnoloji avadanlıqların idxalının ƏDV-dən azad edilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriln iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına sənaye, texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd aid edilir.

Qüvvədə olan Qanuna əsasən, sözügedən siyahı sənaye, yaxud texnologiyalar parklarının rezidenti, idarəedici təşkilatı və operatoru, habelə investisiya təşviqi sənədi almış hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənəddən ibarətdir.

Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.

Qeyd edilib ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rusumlarından azad edilib. Azadolmalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir.

Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla, “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilir, bununla da həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.

©qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Azercell” mobil nömrələrdən istifadəyə görə məcburi aylıq xidmət haqqı tutur - MƏBLƏĞ

Milli Məclis 1 milyonluq sifariş verdi

Vətəndaşın evini uçuran “Melissa Group”da satış dayandırıldı

Rusiyada yoxsulluq artıb

“KANAL S”in yayımı 24 saatlıq dayandırılacaq

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

Azərbaycanlı notariusun Londondakı uğur hekayəsi - MÜSAHİBƏ

İş qrafikinin dəyişdirilməsi sahibkarlıq sahəsinə necə təsir göstərə bilər?

Meyvə bağlarına dəyən zərərə görə 18 dəfə artıq sığorta ödənib

Avstraliyadan idxalımız 240 dəfə artıb - İxrac azalıb

Apreldə neçə gün evdə qalacağıq?

"Google"un ən böyük 1 Aprel zarafatı

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Ayın sonu pulsuz qalmağa səbəb olan maaş xərcləmə metodu

Antalya turizminin tacı - Belek

ABB-nin yeni törəmə şirkəti təsis edildi

Startap təsisçisi "JPMorgan"ı aldadıb

Bu şəxslərə pul veriləcək - Büdcədən 98 min manat ayrıldı

İlham Əliyev dövlət agentliyinə 5 milyon manat ayırdı

Çində uçan taksilərə yaşıl işıq yandırıldı - Fəaliyyətə başlayırlar

Bu uşaqlara müavinət veriləcək - Prezident təsdiqlədi

Rusiyadan Azərbaycana 6 min manatlıq cin gətirilib

Sabah hava necə olacaq?

Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək

Yeni cərimə müəyyən edilir - 500-dən 1000 manatadək

İran Prezidenti Azərbaycana rəsmi səfərə gələcək

Tikinti şirkətinin rəhbərinə müşavir təyin edildi

Rusiya şirkəti Azərbaycandakı BOKT-dan nə qədər qazanır? - Rəqəmlər

Nazirlər Kabineti dövlət rüsumu ilə bağlı qərar verdi

Həmin məktəbi Ramiz Mehdiyevin qızına vermədilər

Azərbaycanda bu gündən yeni qadağa qüvvəyə minir

Azərbaycanda bu gündən yeni qadağa qüvvəyə minir

Rusiyalı milyarderlərin sərvətləri açıqlandı - Birinci yerdə odur

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin