
26.02.2025 / 17:45
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
65977
“Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda borcu yaranıb.
MMC-nin bu gün üçün vergiyə olan borcu 100 min manata yaxındır.
Nizamnamə kapitalı 250 manat olan MMC-nin qanuni təmsilçisi Aqil Mirzəyevdir.
Qeyd edək ki, MMC bir neçə dəfə də vergi hesabatını vaxtında təqdim etmədiyinə görə maliyyə sanksiyası ilə üzləşib.
Bildirək ki, Bakının məşhur klinikalarından olan "Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi" 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.
MMC-nin Bakı şəhərində 16, bölgələrdə isə 14 filialı var.
©Musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay