
Bu sığorta şirkəti ötən ay ödənişlərini 2,6 dəfə artırıb
2025-ci ilin yanvar ayında "Qala Sığorta" ASC-nin yığımlarında artım müşahidə edilib.
Valyuta.az-ın araşdırmasına görə, ötən ay sığorta şirkəti 5 milyon 602 min manat sığorta yığımdan əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,5 dəfə artım göstərir. 2024-cü ilin yanvar ayında "Qala Sığorta" 2 milyon 283 min sığorta haqqı toplaya bilib.
Eyni zamanda, "Qala Sığorta" ötən ay 1 milyon 869 min manat ödəniş həyata keçirib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə artım təşkil edir. 2024-cü ilin yanvar ayında şirkət yalnız 719 min manat ödəniş edib.
Yığımların artması fonunda ödənişlərin də artması sığorta şirkətinin zərərinə, ödəniş - yığım nisbətinə mənfi təsir edib. Şirkət ötən ilin yanvar ayında topladığı hər 100 manatdan 31,49 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 33,36 manata yüksəlib.
Xatırladaq ki, “Qala Sığorta” 2009-ci ildə yaradılıb. Nizamnamə kapitalı 50 milyondur. Şirkətin qanuni təmsilçisi isə Allahverdiyev Fuad Kamran oğludur.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay