BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
65923

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi ilə bağlı 24 fevral 2025-ci il tarixli qərarını şərh edib. 

Valyuta.az-ın məlumatına görə, qurum bəyan edib ki, dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.

ƏDV depozit hesabının rekvizitləri Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az internet saytında yerləşdirilib. Dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatrın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.

Qaydalarda qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18%) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.

Müvafiq qaydalarda edilmiş digər mühüm dəyişiklik vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-a qədər müəyyən edilib. Dəyişiklikdən əvvəl yalnız saat 11:30-a qədər olan ödənişlərin həmin gün Agentliyə təqdim olunması nəzərdə tutulurdu.

Müvafiq dəyişiklik vergi ödəyicilərinin müraciətləri əsasında həyata keçirilib. Bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Nəticədə, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişikliklə vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir?

Prezident İlham Əliyev Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

“28 May” metrosunda bunlar dəyişəcək

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

“Unibank”a aid şirkətin biznes itkiləri 217 milyon manata çatıb

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

Bakıda bu küçənin adı dəyişdirildi

Bakı metrosunda yenilik: bu stansiyalar birləşdirilir - FOTO

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Həyat yoldaşı ilə biznes ortaqlığı - Liderlik kimdədir?

Ərzaq məhsullarının qiymətində bahalaşma

Neftimizin qiymətində artım müşahidə olunur

Həmin taksidəki qadın danışdı- “Bir də gördüm ki...”

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Rubl bahalaşarkən, avro ucuzlaşdı - Günün məzənnəsi

Kriptovalyuta bazarının son göstəriciləri

Heç vaxt işləməyən və stajı olmayan şəxslər təqaüdə çıxa və pensiya ala bilərmi?

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Publik hüquqi şəxs nədir və hansı qurumlar ala bilər? - SƏHƏR OXUSU

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin