
DSX "CoolVent Group" MMC-yə 1.2 mln.luq sifariş verib
Azərbaycan Respublikasının Dövlət Sərhədinin elan etdiyi tenderə yekun vurulub.
Valyuta.Az xəbər verir ki, DSX-nin, elektrik avadanlıqlarının satın alınması ilə bağlı tenderin qalibi "CoolVent Group" MMC olub.
Məlumata əsasən, tərəflər arasında 1.237.621,29 AZN-lik müqavilə imzalanıb.
Müqaviləyə əsasən şirkət, DSX-ni 200-dən çox televizor, 30-dan çox generator, 180-dən artıq məişət soyuducusu və s. elektrik avadanlıqları ilə təmin edəcək.
Ümumi siyahı ilə BURADAN tanış ola bilərsiniz.
Xatırladaq ki, daha öncələr də tərəflər arasında müxtəlif məbləğli müqavilələr imzalanıb.
Araşdırmalarımız zamanı məlum olub ki, tərəflər arasında;
- 15.07.2023 tarixində generatorların təmiri ilə bağlı 249.000,14 AZN;
- 29.09.2023 tarixində çiller (isitmə-soyutma) sisteminin təmirinin və avadanlıqlarının satınalınması ilə bağlı 749.960,56 AZN;
- 18.12.2023 tarixində yanğından mühafizə və xəbəretmə sistemləri, rütubət əleyhinə avadanlıqların quraşdırılması işləri ilə bağlı 1.054.001,45 AZN;
- 10.09.2024 tarixində çiller (isitmə-soyutma) sisteminin avadanlıqlarının alınması, istilik qazanxanasının əsaslı təmiri və texniki xidmətin göstərilməsi ilə bağlı 947.072,07 AZN dəyərində müqavilələr bağlanıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay