
QİÇS-lə Mübarizə Mərkəzi 1 gündə 6 tender elan etdi
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 6 yeni tender elan edib.
Valyuta.Az dövlət satın almaların vahid internet portalına istinadən xəbər verir ki, Mərkəzin elan etdiyi tenderlər;
I. Kişilərlə cinsi təmasda olan kişilər və Transgenderlər arasında İİV infeksiyasının profilaktikası xidmətlərinin satınalınması;
II. Bakı, Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz, Şamaxı, Göyçay rayonlarında İNİ-lər arasında İİV infeksiyasının profilaktikası xidmətləri;
III. Şirvan, Hacıqabul, Kürdəmir şəhərlərində (rayonlarında) İNİ-lər arasında İİV infeksiyasının profilaktikası xidmətlərinin satınalınması;
IV. Bakı, Sumqayıt, Abşeron şəhərlərində (rayonlarında) Qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar (SW və ya SBİ) arasında İİV infeksiyaının profilaktikası;
V. Gəncə, Mingəçevir, Yevlax, Bərdə,Tərtər, Goranboy, Ağcabədi, Ağdaş, Şəmkir, Samux, Göygöl rayonlarında İNİ-lər arasında İİV infeksiyasının profilaktikası xidmətləri;
VI. İmişli, Cəlilabad, Saatlı, Sabirabad, Beyləqan, Fizuli, Yevlax, Bərdə, Ucar, Ağdaş, Kürdəmir rayonlarında Qeyri-ənənəvi həyat keçirən qadınlar arasında İİV infeksiyasının profilaktikası xidmətlərinin satın alınması ilə bağlıdır.
Qeyd edək ki, tenderlər Qlobal Fondun Qrant vəsaiti hesabına həyata keçiriləcək.
Elan edilən tenderlərin ehtimal olunan qiymətləri müvqafiq olaraq, 353.164,00 AZN, 267.465,00 AZN, 175.865,00 AZN, 145.145,00 AZN, 123.740,00 AZN və 163.155,00 AZN-dir.
Əlav edək ki, I tender üçün təkliflərin son təqdim edilmə tarixi 12.03.2025 saat 16:00, II tender üçün 11.03.2025 saat 13:10, III tender üçün 11.03.2025 saat 14:20, IV tender üçün 12.03.2025 saat 12:00, V tender üçün 11.03.2025 saat 15:10, VI tender üçün isə 12.03.2025 saat 13:00 təyin edilib.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay