BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
65679

Uorren Baffetin (Warren Buffett) rəhbərlik etdiyi "Berkshire Hathaway" şirkəti ardıcıl üçüncü dəfə illik əməliyyat mənfəətində rekord göstərici əldə edib. Bu artım, əsasən, sığorta biznesində sığorta haqqı gəlirlərinin və investisiya gəlirlərinin artması hesabına baş verib.  

Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, bu gəlirin böyük hissəsi "Berkshire"in 2024-cü ilin sonunda rekord səviyyəyə – 334,2 milyard dollara çatmış nəhəng nağd pul ehtiyatından qaynaqlanıb ki, bu da bir il əvvəlkindən iki dəfə çoxdur.  

"Berkshire" səhmdarlarına ünvanladığı illik məktubunda Baffet vurğulayıb ki, şirkət nağd vəsait saxlamaqdansa, bizneslərə investisiya qoymağa üstünlük verir.  

Bununla belə, o, Omaha, Nebraska mərkəzli holdinqin gözlədiyindən daha yaxşı nəticə göstərdiyini qeyd edib, baxmayaraq ki, 189 əməliyyat şirkətinin 53%-i əvvəlki ilə nisbətən daha aşağı mənfəət əldə edib.  

Baffet bu inkişafı əsasən ABŞ xəzinə istiqrazlarının daha yüksək gəlirlilik səviyyəsi və "Geico" avtomobil sığorta şirkətində müşahidə olunan irəliləyişlə əlaqələndirib. "Geico" sığorta tariflərinin artırılması və daha sərt sığorta siyasəti hesabına mənfəət əldə edib, çünki avtomobil qəza zərərlərinin səviyyəsi azalıb.  

2024-cü ildə "Berkshire"in əməliyyat mənfəəti 27% artaraq 47,44 milyard dollara yüksəlib (2023-cü ildə bu rəqəm 37,35 milyard dollar idi).  

Dördüncü rübdə də rekord qeydə alınıb – əməliyyat mənfəəti 71% artaraq 14,53 milyard dollara çatıb. Bu, bir il əvvəlki 8,48 milyard dollarlıq göstəricidən xeyli yüksəkdir. Artım sığorta əməliyyatlarından və xarici valyuta məzənnələrindəki dəyişikliklərdən əldə olunmuş qazanc sayəsində baş verib.  

Hesabat dövründə ümumi xalis mənfəət 19,69 milyard dollar təşkil edib ki, bu da hər bir A sinif səhmi üçün 13,695 dollara bərabərdir. Bu artım, əsasən, "Berkshire"in "Apple", "American Express" və digər səhmlərdəki sərmayələrinin dəyərinin yüksəlməsi ilə əlaqədardır. İlin yekununda isə şirkətin xalis mənfəəti 89 milyard dollar olub.  

Baffet bildirir ki, xalis gəlirlər investisiya aktivlərinin satılmadan qiymət dəyişikliyini də əks etdirdiyi üçün yanıltıcı ola bilər.  

2024-cü ildə "Berkshire"in nağd pul ehtiyatının artımı, əsasən, şirkətin 143,4 milyard dollar dəyərində səhmlər satması ilə bağlı olub. Bu satışa "Apple" səhmlərinin 62%-i və "Bank of America"dakı payının üçdə biri daxildir.  

Eyni zamanda, "Berkshire" 2024-cü ildə öz səhmlərinin geri alınmasına cəmi 2,9 milyard dollar xərcləyib və 10 fevral tarixinə qədər, ötən ilin may ayından bəri heç bir geri alış həyata keçirməyib.  

Şirkətin tərkibinə "BNSF" dəmiryolu, sənaye hissələri və kimya sənayesi müəssisələri, iri daşınmaz əmlak brokerliyi, eləcə də "Dairy Queen" dondurmaları, "Fruit of the Loom" alt geyimləri və "See’s" konfetləri kimi pərakəndə satış markaları daxildir.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb

Ən ucuz elektromobillər hansı ölkədən gətirilib? - 3 mindən 600 minə..

Qeyri-neft sektoru ixracda neft-qaz sektorundan 8.8 dəfə geridədir

Əbülfəs Qarayev ötən il Rusiyada balıq biznesindən 147 milyon rubl gəlir əldə edib

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Azərbaycanın smartfon ixracı - 1 ədədi 2100 manatdan

Britaniya nəhəngi ABŞ-yə ixracı dayandırır

Turizm Agentliyinin “hökm”ü hazırlanır

Sabiq nazir: "İsfəndiyar bir evi beş adama satdığı kimi, elə bilir diplom da satılır"

Mərhum nazirin şirkətləri milyonluq tenderləri udmağa davam edir - RƏQƏMLƏR

Möhbalıyevin icra başçısının müavini işləyən qardaşı işdən çıxarıldı

Adı tenderlərdən çıxarılan şirkətin 13.5 milyondan çox borcu var

Bakı Konqres Mərkəzində texniki problem yaranıb, tədbirlər dayandırılıb

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

Süni intellekt təhsil prosesində

1 ayda ölkəyə 69 kq insan saçı gətirilib - Qiymətlər

Çoxuşaqlı anaların erkən pensiyaya çıxması təklif edilir (VİDEO)

“Biz bir ailəyik”: Müdirlərin yalanları - SƏHƏR OXUSU

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Gözəl və ləzzətli: Avropanın ən yaxşı 10 şərab regionu

Göylə gələn milyonlar - Hava nəqliyyatında ixrac və idxalda artım

Məşhur investordan bazar tövsiyəsi: Uzaq durun

Milyarderlərin sayına görə lider olan şəhərlər açıqlandı

Ölkəyə bir ayda 150 tondan çox marqarin gətirilib

Hamı 1 aprel zarafatı sanmışdı, 10 milyard dəfə endirildi

İrandan ucuza alıb Səudiyyə Ərəbistanına 17 dəfə baha satmışıq - Qiymətlər

Qeyri-neft sektorunda ən çox ixrac edilən mallar

Azərbaycanda ən çox sürülən Çin maşınları

Bakıda bu tütün şirkətinin 1.6 milyon borcu var

Saleh Məmmədov işdən çıxarılır? - Yerinə müavini təyin edilə bilər

Sabah 27 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin