BAKU Azərbaycan
21.01°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
65656

İlon Maskın Donald Trampa yaxınlığı "X" platformasına fayda verir. ABŞ seçkiləri sosial media nəhəngi üçün yeni bir dönüş nöqtəsi oldu.

Valyuta.Az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

Agentlikdə yayımlanan yeni hesabatda bildirilir ki, İlon Mask hazırda sosial media platforması "X" üçün 44 milyard dollarlıq dəyər qiymətləndirməsi ilə investor axtarır. Bu məbləğ tanış gəlirsə, təəccüblənməyin - çünki Mask 2022-ci ilin oktyabrında o zaman "Twitter" adlanan platformanı eyni qiymətə satın almışdı.

Mask "X"i aldıqdan sonra platformanın gəlirləri demək olar ki, yarıya düşüb. Yəni milyardlarla dollarlıq zərərdən söhbət gedir. Görünən odur ki, Mask və onunla birlikdə sərmayə qoyan investorlar bu alış üçün həddindən artıq pul ödəyiblər. Məsələn, "X"in investorlarından biri olan "Fidelity" 2023-cü ilin sentyabrında platformaya qoyduğu sərmayənin dəyərinin Maskşn alış etdiyi dövrə nisbətən 79% azaldığını açıqlamışdı.

Lakin ABŞ prezident seçkiləri bu mənzərəni dəyişdirib. Mask açıq şəkildə Trampa dəstək verib və Respublikaçı namizədin kampaniyasını dəstəkləmək üçün yüz milyonlarla dollarlıq bir siyasi fəaliyyət komitəsi (PAC) qurub. Tramp seçkidə qalib gəldikdən sonra isə Mask bu dəstəyinin qarşılığını alıb - o, federal xərclər üzərində ciddi təsir gücünə malik olan Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin edilib.

Maskın sahibi olduğu "Tesla" və "Space"X" illərdir ABŞ hökumətindən milyardlarla dollarlıq subsidiyalar və müqavilələr alır. Lakin Trampın qalibiyyəti onun biznes imperiyasına bundan da böyük üstünlüklər qazandırır.

Maskın "X"i satın almasından sonra platforma məzmun siyasəti ilə bağlı problemlər və onun qalmaqallı açıqlamaları səbəbilə reklam gəlirlərində ciddi itkilər yaşayıb. Lakin seçkidən sonra vəziyyət dəyişməyə başlayıb. Bəzi böyük reklam verənlər "X"ə qayıtmaq siqnalları verirlər. Məsələn, "Apple" illər sonra ilk dəfə "X"də reklam yerləşdirib.

Bundan əlavə, "X"ə sərmayə qoymuş və əlindəki borcları satmaqda çətinlik çəkən bəzi investorlar nəhayət çıxış yolu tapa biliblər. "Bloomberg" bildirir ki, bu investorlar heç bir maliyyə itkisi olmadan milyardlarla dollarlıq borclarını satmağa nail olublar.

Mask hazırda "X"də maliyyə əməliyyatlarını aktivləşdirməyə və öz süni intellekt şirkəti "xAI"ın "Grok" çat-botunu platformaya inteqrasiya etməyə hazırlaşır. Bütün bu addımlarla yanaşı, şirkət hələ də 44 milyard dollarlıq dəyər qiymətləndirməsi ilə fond toplamaya çalışır.

Trampın qələbəsi sayəsində Mask artıq bu sərmayəni toplamaq üçün daha güclü mövqedədir. ABŞ-də siyasi dəyişikliklər və Maskın Tramp administrasiyası ilə yaxın əlaqələri onun "X"in dəyərini bərpa etmək üçün yeni fürsətlər əldə etməsinə şərait yarada bilər.

© Qaynarinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Avropada ən yüksək gəlirhansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

AZCON-un bu departamentinə rəhbər təyin edildi

Sərgidə satış qiymətləri normal bazar ilə eyni olmalıdır? - EKSPERT

Bu tarixdə ölkədə iş olmayacaq

Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq

Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”®

Azərbaycan dünya startap reytinqində irəlilədi

Bu cərimə 55 manatdan 500 manata qaldırılır

“İnternational HR Summit 2025”də İnsan Resurslarının gələcək hədəfləri müzakirə olunur

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təhlükəsizlik göstəriciləri ən pis olan 10 sərnişin təyyarəsi - SİYAHI

Boşanma prosesi nə qədər vaxt aparır?

İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu

İş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi?

Sabah 30 dərəcə isti olacaq

İnzibati cərimələrdə bu şəxslərə 10 faizlik güzəşt tətbiq ediləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin