BAKU Azərbaycan
17.45°C
  • USD
    1.7
  • EUR
    1.9019
  • RUB
    2.129
  • TRY
    0.0438
  • GBP
    2.2618
65648

2003-cü ildə təsis edilən və tikinti sahəsi üzrə ixtisaslaşan "Ricon" MMC növbəti böyük məbləğli tenderin qalibi olub. 

Valyuta.Az dövlət satın almaların vahid internet portalına istinadən xəbər verir ki, sözügedən tikinti şirkəti bu dəfə Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi ilə müqavilə bağlayıb. 

Məlumata əsasən, müqavilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 10 saylı Lənkəran Ərazi İdarəsinin inzibati binasında təmir və yenidənqurma işləri ilə balığıdır.

Tərəflər arasında bağlanan müqavilənin dəyəri 749.449,74 manatdır.

Xatırladaq ki, "Ricon" MMC tez-tez böyük məbləğli tenderlərdə qalib seçilməsi ilə seçilir. 

Son 2 ilə nəzər saldıqda, şirkətin dəfələrlə milyon manatlıq tenderlərin qalibi olduğunu görə bilirik.

Həmin tenderlərin bir neçəsini təqdim edirik: 

6 fevral 2023-cü ildə "ADA" Universiteti ilə 9.342.558,59 manatlıq (9 milyon 342 min 558 manat 59 qəpik) müqavilə;

16 iyun 2023-cü ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ ilə 2.772.467,89 manatlıq (2 milyon 772 min 467 manat 89 qəpik) müqavilə;

27 iyul 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə 3.268.720,74 manatlıq (3 milyon 268 min 720 manat 74 qəpik) müqavilə;

23 oktyabr 2023-cü ildə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə 2.790.355 manatlıq (2 milyon 790 min 355 manat) müqavilə;

31 oktyabr 2023-cü ildə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ ilə 3.714.856,28 manatlıq (3 milyon 714 min 856 manat 28 qəpik) müqavilə;

4 iyun 2024-cü ildə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ ilə 12.049.271 manatlıq (12 milyon 49 mi 271 manat) müqavilə; 

17 oktyabr 2024-cü ildə Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti PHŞ ilə 13.551.318,32 manatlıq (13 milyon 551 manat 318 manat 32 qəpik) müqavilə;

12 dekabr 2024-cü il və 25 dekabr 2024-cü il tarixlərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə müvafiq olaraq 3.607.758,77 manat (3 milyon 607 min 758 manat 77 qəpik) və 1.336.378,37 manatlıq (1 milyon 336 min 378 manat 37 qəpik) müqavilələr və s.

Hesablamalarımız zaman məlum olub ki, şirkət son 2 ildə ümumi dəyəri 38 milyon manatdan çox olan 16 fərqli tenderin qalibi olub.

Qeyd edək ki, şirkətin hazırda 263 918.64 manat (İki yüz altmış üç min doqquz yüz on səkkiz manat altmış 4 qəpik) vergi borcu mövcuddur. Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” qanuna görə, vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. 

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Messenat Holdinq”in bu şirkətinin vergi borcu milyona yaxınlaşır

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Hansı ölkələrdə neçə yaşında pensiyaya çıxılır?

Noutbuk alıcılarının sayının artması istehsalı 71%-dən çox yüksəldib

"YouTube" videoların ən maraqlı anlarında reklam göstərəcək

Bu taksi şirkəti 40 min cərimə edildi

Bu futbol klubu fəaliyyətini dayandıra bilər

Peşə məktəbləri kolleclərdən üstündür -Təhsil eksperti

Bankomatda unutduğu pulu oğurladılar

Ən yüksək marjaya məxsus məhsullar - SİYAHI

Son 5 ildə ictimai iaşə dövriyyəsi 588,9 milyon manat artıb - CƏDVƏL

“Zahid və Zakir”in külli miqdarda vergi borcu var

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Azərbaycanda da çirkli pulları yuyan blogerlər var?

Vasif Talıbova məxsus şirkətlər ləğv edilir

“Xalq Bank” investisiya fəaliyyətinə başlayır

Azərbaycanda "Son zəng"in təmtəraqla keçirilməsi qadağan edilib - RƏSMİ

Mərkəzi Bank “Sənaye Bankı” və “Bank Avrasiya”ya icrası məcburi sərəncamlar verib

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

Yeni sədr 31 yaşlı bankirə vəzifə verdi - FOTO

​Necə olur ki, yüksək maaş ayın ortası bitir?

Ən çox əməkhaqqı alan peşələr - CƏDVƏL

“Yapı Kredi Bank Azərbaycan”dan şikayətlər səngimir - Qırmızı zolaqda

Mobil operatorların gəlirləri açıqlandı

Aylıq 3000-4000 manat arası mənfəət vəd edən biznes satılır

Övladlar valideynlərini saxlamağa borcludurmu?

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Marketlərdə “İstehlakçı hüquqlarını bil və tələb et!” kampaniyası

Biznesmen qadının bağçası haqqında QƏRAR qəbul edildi

Rəşad Cəfərov "Mozalan Studiyası"na direktor təyin edildi

Prezident Elnur Çıraqova vəzifə verdi

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin