BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
65456

Mart ayında Azərbaycanda 12 günlük - uzun bayram tətili gözlənilir. Hər il yüzlərlə insan bu tətili fürsət bilib istirahət planları qurur. Lakin son illər vəziyyət bir qədər fərqlidir.

Quru sərhədlərin hələ də bağlı olması xarici ölkələrə səyahət imkanlarının məhdudlaşmasına, yerli turistlərin əsasən ölkədaxili istirahət məkanlarına üz tutmasına səbəb olur. Bu isə otellərin doluluq səviyyəsini artırır və qiymət artımı isə qaçılmaz olur...

Ötən illərin təcrübələri göstərir ki, bayram günlərində, xüsusilə də uzunmüddətli tətillərdə otel qiymətləri adi günlərlə müqayisədə xeyli artır.

Bəs görəsən, Novruz bayramında vəziyyət necə olacaq? Qiymətlər nə qədər bahalaşacaq? Turistlər bu vəziyyətdə nə etməlidir?

Ölkəmizin kurort zonalarında yerləşən qabaqcıl otellərdən topladığımız məlumatlar belədir:

Şahdağ 

Hazırda qış olduğunu nəzərə alsaq, bura qar turizmi baxımdan ölkənin ən ideal məkanlarından sayılır. Şahdağda yerləşən otellərdən birində 2 nəfərlik standart otağın 1 gecəlik qiyməti həftəiçi 180 manatdan başlayaraq təklif edilir. Həmin ərazidə yerləşən başqa bir oteldə isə bu günlük eyni xidmətin qiyməti 400 manatdır. Lakin hər iki otel bayram günlərində qiymətlərin artacağını istisna etmir.

"Hazırda bizdə qiymətlər dəyişir. Məsələn, iş günləri standart 2 nəfərlik otağın qiyməti 180 manatdırsa, həftəsonu və beşinci günü bu məbləğ 210 manatdan başlayır. Bayramda - yəni 1 ay sonra qiymətlər 250 AZN olaraq dəyişəcək".

Quba 

Qubada yerləşən lüks otellərdən birində standart 2 nəfərlik otağın 1 gecə üçün hazırkı qiyməti 215 manatdır. Lakin bayram gününə indidən rezervasiya etmək istədikdə qiymət 275 manat olaraq dəyişir. 

Qubanın bir digər gəzməli-görməli yerində məskən tutan lüks oteldə isə hazırda 1 gecəlik 2 nəfərlik standart otağın xərci mənzərəyə görə dəyişir. Məsələn, əgər otağınız göl mənzərəli olacaqsa məbləğ 170, dağ mənzərəli olacaqsa 140 manatdır. Müştərilər həmin otelin eyni otaqlarını bayram günləri 250-280 AZN-dən başlayan qiymətlərlə bron edə biləcək. 

Lənkəran

Lənkəranın dağ mənzərəli otellərindən birində bugünkü rezervasiya qiyməti 2 nəfərlik standart otaq üçün 140 manatdırsa, bu məbləğ bir ay sonra - mart ayının 21-dən etibarən 400-500 manat olacaq.

"Martın 21-i oteldə bir gecəlik standart otaqda qonaqlama 500, 22-si isə 400 manat olacaq", - deyə otelin əməkdaşı bildirir.

İsmayıllı

İsmayıllıda yerləşən otellərdə də vəziyyət digərlərindən fərqlənmir. Belə ki, bayramda bu bölgədə yerləşən otellərə üz tutanlar iş günləri ilə müqayisədə bir qədər "tərləməli" olacaqlar. Hazırkı qiymət standart 2 nəfərlik otaqda 150 AZN-dirsə, bayramda otel eyni otağın qiymətini 50%-dən çox qaldıraraq 360 manat edəcək.

Şəki

Tarixi küçələri, abidələri ilə gözoxşayan Şəkimizin ən lüks otellərindən birində hazırkı rezervasiya məbləği 140-160 manat arasıdır. Bu qiymət bayram günlərində bir qədər dəyişsə də, insafən deyək ki digərləri arasında bir az münasibdir. Bayram günləri Şəkiyə üz tutsanız otelin 1 gecəlik 2 nəfərlik standart otağı 230-250 AZN arası xidmət göstərəcək.

Uzunmüddətli tətil və daxili turizmə artan maraq fonunda deyə bilərik ki, orta səviyyəli otellərdə qiymətlərin 40-60% arasında bahalaşması gözlənilir. Lüks və beş ulduzlu otellərdə isə artım 70-100%-ə çata bilər. Bundan başqa, populyar turizm bölgələrində otel yerlərinin tez dolması ehtimalı yüksəkdir.   Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 27 və 28 mart tarixləri qeyri-iş günləri olacaq. 29-30 mart tarixləri isə şənbə və bazar günlərinə düşür. Bununla da Novruz tətili 11 gün davam edəcək.

© BAKU.WS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Sürücülərin nəzərinə! Bu prospektdə yeni radar quraşdırıldı

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

Xaricdə təhsil alıb qayıtmayanlara hüquqi tədbir görülür - RƏSMİ

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

Dünyanın ən hündür metrosu bu ölkədə tikiləcək

Türk lirəsi bahalaşmaqda davam edir

Bu yay üçün bölgələrdəki otellərin qiyməti - SİYAHI

"Ethereum" bahalaşdı

Gözəllik salonu satışa çıxarılıb - QİYMƏT

Tez öyrənmə bacarığı ilə seçilən uğurlu iş adamının hekayəsi - SƏHƏR OXUSU

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin