BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9014
  • RUB
    2.0971
  • TRY
    0.0437
  • GBP
    2.2609
65315

Meksikanın dövlət başçısı Klaudia Şeinbaum "Google"un Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişdirməsinə qarşı hüquqi addımlar atmağı düşündüyünü bildirib. 

Valyuta.az xəbər verir ki, bu dəyişiklik, ABŞ-ın keçmiş prezidenti Donald Trampın bölgənin adını dəyişdirmə cəhdindən qaynaqlanır.

"Google" bu yeniliyin yalnız müəyyən bir coğrafi bölgə ilə məhdudlaşacağını açıqlasa da, dünyanın müxtəlif yerlərində istifadəçilər körfəzin adının Amerika körfəzi olaraq dəyişdirildiyini müşahidə edib.

Şeinbaum çıxışında Trampın bu qərarının yalnız siyasi deyil, həm də coğrafi baxımdan yurisdiksiya ilə məhdud olduğunu vurğulayıb. O qeyd edib ki, Meksika körfəzinin böyük bir hissəsi Meksikanın hüquqi nəzarəti altında olduğundan, ABŞ-ın bu adı dəyişdirməsi yalnız öz sahil sularına şamil edilə bilər.

"Associated Press"in məlumatına görə, mətbuat konfransında danışan Şeinbaum "Bizim kontinental şelf üzərində suverenliyimiz var" deyib və əlavə edib: "Tramp körfəzin yalnız ABŞ ərazisinə düşən hissəsinin adını dəyişə bilər, lakin bütün körfəzin adını qlobal səviyyədə dəyişdirməyə səlahiyyəti yoxdur".

Meksika körfəzi adı ilk dəfə 1607-ci ildə işlədilib - bu, ABŞ-ın qurulmasından 169 il əvvələ təsadüf edir. Dörd əsrdir beynəlxalq səviyyədə tanınan bu adın dəyişdirilməsinin riskli ola biləcəyini bildirən Şeinbaum, Meksikanın ilk konstitusiyasının öncülü olan Apatsinqan konstitusiyasında ABŞ ərazisinin "Meksika Amerikası" kimi qeyd edildiyini də xatırladıb.

"Google" məsələyə dair açıqlamasında bildirib: "İki həftə əvvəl elan etdiyimiz və uzun müddətdir tətbiq etdiyimiz qaydalara uyğun olaraq, bu yeniliyi tətbiq etməyə başlamışıq. ABŞ-da "Google Maps" istifadə edənlər "Amerika körfəzi" adını, Meksikadakı istifadəçilər isə "Meksika körfəzi" adını görəcək. Digər istifadəçilər isə hər iki adı görə biləcək".

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olunub

Daha bir ölkəyə vizasız gedə biləcəyik

Neftimizin qiyməti ucuzlaşıb

Tanınmış iş adamı vəfat etdi - Foto

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

İlon Mask siyasətdən tədricən uzaqlaşacağını açıqlayıb

Rubl ucuzlaşıb - Yeni məzənnə

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

Loqo satışlara necə təsir edir? - EKSPERT

"Bitcoin" 107 min dolları keçdi - "Ethereum" və "XRP"nin qiyməti düşdü

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? – 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir? – 7 əsas mənfi cəhət - SƏHƏR OXUSU

ABŞ Ayda nadir tapılan maddənin çıxarılması üçün xüsusi qurğu hazırladı

158 min manat vergi borcu olan şirkət kimindir?

"Volkswagen" ID subbrendindən imtina edir

Neyroşəbəkələrlə mübahisə: Süni intellekt, yoxsa insan daha inandırıcıdır?

Vergi borcu olan şirkət direktorunun ölkədən çıxışına STOP qoyuldu

Dünyanın ən incə oyun noutbuku tanıdıldı - FOTO

FHN-nin Cəbrayılla bağlı 3 milyonluq tenderi ləğv edildi

"80 faiz qaydası": Zukerberq, Eynşteyn və Cobsu birləşdirən yanaşma

Bu ASC-yə məxsus əmlak hərraca çıxarılacaq

10 manatlıq şirkət borc içindədir

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Uzun iş saatları beyni dəyişdirə bilər? - Tədqiqat

Azərbaycanda erkən nikah qurbanları - Ən çox bu rayonlardadır

İlahiyyat İnstitutunda magistratura səviyyəsi üzrə yeni ixtisaslaşmalar açılıb

Bolqarıstan gələn ildən avroya keçəcək

Stomatoloqlardan 1200-1800 manat tələbinə TƏBİB-dən REAKSİYA

Daha çox dil, daha çox maaş...

Avropada ən yüksək gəlir hansı ölkələrdədir? -SİYAHI

“Bizə ödənilən rüsum xərclərimizin yarısını qarşılamır”

Kimlər əfvə düşə bilməz? (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin