Redaktor
Polşada işləmək istəyən azərbaycanlı qadınların nəzərinə - Təşkilat yaradıldı
Polşada Qadınların İmkanlarının Genişləndirilməsi və Hüquqlarının Müdafiəsi Assosiasiyası yaradılıb. Sevil adlı Assosiasiya azərbaycanlı qadınlara müxtəlif dəstək göstərəcək.
Təşkilatın idarə heyətinin üzvü Aytən Quliyeva Valyuta.az-a bildirdi ki, Sevil layihəsi Qadınların İmkanlarının Genişləndirilməsi və Hüquqlarının Müdafiəsi Assosiasiyasıdır. Bu, Polşada yaşayan azərbaycanlı qadınların sosial, iqtisadi və hüquqi baxımdan gücləndirilməsini hədəfləyən qeyri-hökumət təşkilatıdır.
Assosiasiya qadınların inkişafını hədəfləyir
A.Quliyeva bildirdi ki, təşkilatın əsas məqsədi Polşada yaşayan və ya buraya təhsil, iş və yeni həyat qurmaq üçün gələn azərbaycanlı qadınların cəmiyyətə uğurlu inteqrasiyasına kömək etməkdir: “Biz qadınların peşəkar inkişafını, hüquqlarının qorunmasını, gender bərabərliyinin təşviqini və sosial aktivliyinin artırılmasını dəstəkləyirik. Eyni zamanda, yeni ana olan qadınların iş və ailə həyatını balanslaşdırmasına, onların adaptasiya prosesinə kömək edirik”.
Assosiasiya Azərbaycandan Polşaya bir yol yaradır
A.Quliyeva qeyd edib ki, Sevil Assosiasiyası qadınların inkişafına və inteqrasiyasına dəstək olmaq üçün seminarlar, vebinarlar, təlimlər təşkil edəcək: “Tədbirlər peşəkar inkişaf, təhsil, hüquqi məlumatlandırma, psixoloji mövzular və sosial adaptasiya kimi sahələri əhatə edəcək. Həmçinin, CV hazırlanması, müsahibəyə hazırlıq və sosial şəbəkələşmə imkanları yaradaraq qadınların iş və sosial həyatda irəliləməsinə kömək edirik. Əlavə olaraq, biz Polşa və Azərbaycan arasında mədəni və sosial əlaqələri gücləndirmək, multikulturalizmi təşviq etmək və iki ölkə arasında dostluq münasibətlərini inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçirməyi planlaşdırırıq”.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBrendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025