
13.02.2025 / 17:40
Azərbaycanın xarici dövlət borcu açıqlandı
65051
Bu ilin 1 yanvar tarixinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 129 milyon 700 min ABŞ doları təşkil edib.
Valyuta.az xəbər verir ki, borc portfelində ən böyük paya 35,1 % və ya 1 milyard 801 milyon 400 manat ilə Asiya İnkişaf Bankı sahibdir. Ən aşağı pay isə 1,8 % və ya 92 milyon 900 manat ilə Asiya İnfrastruktur və İnvestisiya Bankına məxsusdur.
Borcun 27%-i avrobondlar, 15,8%-i Dünya Bankı, 5%-i İslam İnkişaf Bankı , 5%-i Avropa Yenidənqurma və İnkişaf Bankı, 3,1%-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və 7,2%-i isə digər kreditorlardan cəlb edilən vəsaitlərdən ibarətdir.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay