BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.9573
  • RUB
    2.1384
  • TRY
    0.0434
  • GBP
    2.3086
64925

"Konstitusiya və Suverenlik İli” ilə əlaqədar Bakıda metro stansiyalarına yeni adlar veriləcək.

Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən 2025-ci ilin "Tədbirlər Planı"nda əksini tapıb.

Qeyd edək ki, Bakı metropoliteninin stansiyaları ilə bağlı ad dəyişikliyi əvvəllər də olub. Bəs indiyə kimi adları dəyişən stansiyalar hansılardı?

İndiyə kimi Bakı metropoliteninin 8 stansiyasının adı dəyişdirilib.

Adı dəyişən metrostansiyalardan biri "İçərişəhər”dir. 6 noyabr 1967-ci ildə istismara verilən bu stansiya "Qırmız xətt”in sonuncu stansiyasıdır. Onun əvvəlki adı "Bakı Soveti” olub. 2008-ci ildə stansiya "İçərişəhər” adlandırilıb. Bu zaman stansiyanın şəhərin tarixi mərkəzi olan İçərişəhərin qala divarının yanında yerləşməsi nəzərə alınaraq, ona belə ad verilib.

"Sahil” stansiyası da ad dəyişikliyinə məruz qalan metrostansiyadır. 6 noyabr 1967-ci ildə istismara verilən bu stansiyanın əvvəlki adı "26 Bakı komissarı" idi. 9 aprel 1992-ci ildə stansiyanın adı dəyişdirilib və "Sahil” adlandırılıb. Əsaslı təmir və yenidənqurmadan sonra stansiya 2018-ci il iyun ayının 7-də yenidən açılıb.

"Xətai" stansiyasının keçmiş adı "Şaumyan” olub. Erməni milliyyətindən olan Stepan Şaumyan XX əsrin əvvəlində Qafqazda fəaliyyət göstərmiş kommunist inqilabçı idi. 26 Bakı komissarına rəhbərlik edən Şumyan azərbaycanlıların məruz qaldığı 1918-ci ildə törədilən Mart soyqırımının əsas təşkilatçılarından biri olub. 1968-ci il 22 fevral tarixində açılan "Şaumyan” metrostansiyasının adı 1991-ci ildə dəyişdirilib. O zaman stansiyaya "Xətai” adının verilməsi Azərbaycanın müstəqillik qazandığı dönəmə təsadüf edib və bu, ölkədəki siyasi dəyişikliklərə uyğun olaraq baş verib.

Adları dəyişdirilən metrostansiyalardan biri də "20 Yanvar" stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı "XI Qızıl Ordu Meydanı" olub. 1990-cı ildə baş verən məlum 20 yanvar hadisələri zamanı da stansiya "XI Qızıl Ordu Meydanı" kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı "20 Yanvar"la əvəzlənib.

İndiki "28 May" stansiyasının ilk adı "28 Aprel" olub. Stansiya 6 noyabr 1967-ci ildə istismara verilib. "28 Aprel" adı Azərbaycanda Sovet hakimiyyətinin qurulması şərəfinə verilmişdi. Bakı Metropoliteninin mərkəzi stansiyasının adı 9 aprel 1992-ci ildə dəyişdirilərək "28 May" edilib.

Bakı metropoliteninin 1972-ci ildən fəaliyyətə başlayan bu stansiyası 1991-çi ilə qədər "Avrora" adlanırdı. Stansiya bolşeviklərin 1917-ci ildə baş vermiş Oktyabr inqilabının rəmzinə çevrilən "Avrora” gəmisinin şərəfinə belə adlandırılmışdı. Nəhayət 27 aprel 1992-ci ildən stansiya "Qara Qarayev" adlandırılıb.

Hazırkı "Bakmil" stansiyasının adı əvvələr "Elektrozavod" olub. 1979-cu ildə fəaliyyətə başlayan bu metrostansiya ilk yerüstü stansiyadır. Stansiya Bakı metropoliteninin elektrik deposuna hərəkət edən qatarlarının yolunda yerləşir. 1 yanvar 1993-cü ildən metrostansiyaya "Bakmil" adı verilib. "Bakmil”in açıqlaması "Bakı-Milan” deməkdir. Stansiya müstəqilliyin ilk illərində yaxınlıqda açılmış Azərbaycan-İtaliya birgə müəssisəsinin şərəfinə "Bakmil” adlandırılıb. 

Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu"dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın köhnə adı "Məşədi Əzizbəyov" olub. Məşədi Əzizbəyov XX əsrin əvvəlində fəaliyyət göstərmiş kommunist inqilabçı, 26 Bakı komissrından biri idi.

30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və Azərbaycanın xalq qəhrəmanı olan Koroğlunun şərəfinə adlandırılıb.

©Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maliyyə Nazirliyində yeni təyinat olub

Bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

Azərbaycan hansı ölkələrdən papaya alır?

Bakıda kollec direktoru vəzifəsindən getdi (FOTO)

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

Bu kəndlər üçün tibb məntəqəsi tikiləcək

Azərbaycanda məşhur şirkət bağlandı

Azərbaycan nefti 77 dolları keçib

"Tesla" üçün vəziyyət ürəkaçan deyil - ABŞ-də də qeydiyyatı azalır

Bu gün Azərbaycanda “Son zəng”dir

"Bitcoin" və altcoinlərin qiyməti qalxır

Müstəqil karyeraya sahib olmağın 10 qızıl qaydası - SƏHƏR OXUSU

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

FHN Yaponiya şirkətindən 9 milyonluq avadanlıq alır

"Meta AI" təhlükəlidir: Məxfi istifadəçi məlumatlarını gizlətmir

Məşhur Dubay şokoladlarında ölüm riski üzə çıxdı - Professordan şərh

Kanadada alimlik dərəcəsi alan azərbaycanlı: “Nazir övladlarını riyaziyyatdan hazırlaşdırırdım”

İnnovasiya və Təchizat Mərkəzindən “Avromed”ə 702 min manatlıq sifariş

“Barbie”yə süni intellekt gəlir - “Mattel” və “OpenAI” əməkdaşlığa başladı

Bu MMC-nin 26 min manatdan çox vergi borcu var

Bazarda keyfiyyətsiz dərmanlar çoxdur - Professor açıqlayır

Bu şirkətin rəhbərinə “stop” qoyuldu – 14 min manatlıq borc qalmaqalı

DGK-nın hospitalı ilə deputata məxsus olduğu deyilən şirkət arasında milyonluq müqavilə

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"Ya satırsan, ya da işdən çıxarılırsan"- satış dünyasının amansız reallığı -Biznes filmləri

"El-Babatürk" MMC-nin 38 min manat vergi borcu var

Biznes dünyasına yeni milyarder gəldi

1-2-ci siniflər üçün 3 milyonluq dərslik buraxılacaq

Bakının bu küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq

“Uber Azərbaycan” 20 min, direktoru 5 min cərimə olundu

"Şahdağ"da otel otaqlarının günlük Qiyməti

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin