
10.02.2025 / 10:14
Dünya reytinqində Azərbaycan futbol klublarının yeri məlum olub
64729
"Qarabağ" dünya reytinqində 6 pillə geriləyib.
Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib.
Ağdam təmsilçisi hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən "Zirə" (103,25 xal) 208-ci sıradadır.
14 pillə geriləyən "Sabah" (61 xal) 400-cü, 5 sıra geriləyən "Turan Tovuz" (53,75 xal) isə 499-cu ola bilib.
Qeyd edək ki, 504 komandanın yer aldığı siyahıya İspaniya təmsilçisi "Real" başçılıq edir - 481 xal.
©apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay