BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
64534

Günbəgün artan boşanmalar həm də yeni problemlərin yaranmasına səbəb olur. Həmin problemlərdən biri də alimentin ödənilməməsidir. Bu məhkəmə icraçıları üçün bəlkə də əsas məsələdir. Obyektiv və yaxud subyektiv səbəblərə görə bir çox hallarda alimentin ödənişi gecikir.

Aliment ödənişində son vaxtlar daha bir problem yaranıb. Bu da aliment ödəməli olan şəxsin ölümüdür.

Bəs, belə vəziyyətdə alimenti kim ödəməlidir?

Suala hüquqşünas Aytac Qurbanova aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Ailə Məcəlləsində aliment öhdəliklərinə xitam verilməsinin əsasları aydın şəkildə göstərilib: “Qanunvericilikdəki əsaslardan biri də aliment alan şəxs və ya aliment ödəyən şəxsin vəfat etməsidir. Məcəlləyə görə aliment ödəyən şəxs vəfat etdikdə onun aliment öhdəliklərinə xitam verilir”.

Bəs, ölümə qədər yaranmış aliment borcunun taleyi necə olur?

Müsahibimiz qeyd edib ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir:

“Bunlara aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və s. daxildir. Belə ki, aliment öhdəlikləri şəxsi xarakter daşıyan öhdəlik olduğundan, miras əmlakın tərkibinə daxil deyil və aliment ödəyən şəxsin ölümündən sonra onun vərəsələrindən tələb edilə bilməz".

Belə vəziyyətdə qarşı tərəf nə etməlidir?

Hüquqşünas deyib ki, qanunvericilikdə nənə və babaların nəvəni saxlamaq vəzifəsi təsbit edilib: "Belə ki, həmin normaya əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanı 95 dəqiqəyə dolaşmaq: Gələcəyin kosmik təyyarəsi təqdim edildi

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Ekologiya nazirliyinin bu qurumu qonaqların qəbuluna 151 min manat xərcləyəcək

Gömrük Komitəsi itlər üçün oyuncaq top alır - 223 minlik tender

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Komitə sədri “Sovetski”nin tamamilə sökülməsi məsələsinə münasibət bildirib

Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başladı

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin