
“Unibank” Mərkəzi Bankının tələblərini pozdu, icrası məcburi sərəncam verildi
“Unibank” Azərbaycan Mərkəzi Bankının tələblərini pozub.
Valyuta.az-a bu barədə AMB-dən bildirilib. Məlumata görə, sözügedən bank valyuta mübadiləsi əməliyyatlarına dair məlumatları təyinatı üzrə valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə formalaşdırılmış informasiya sisteminə düzgün təqdim etməyib.
Bu isə “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”nin 7.5-ci bəndinin tələblərinə ziddir. “Banklar haqqında” qanunun 47.4-cü maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank “Unibank”a gələcəkdə müvafiq pozuntulara yol verilməməsi üçün vahid informasiya sisteminin iştirakçılarının Əsasnamə ilə müəyyən edilmiş vəzifələrinin icrasına nəzarətin gücləndirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
Qeyd edək ki, ötən gün AMB həmçinin, “Yelo Bank” və “Accessbank”a eyni məsələ ilə bağlı məcburi göstəriş verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay