
04.02.2025 / 14:30
Polşa miqrantları qəbul etməyəcək
64369
Polşa nə miqrantları qəbul edəcək, nə də bunun üçün cərimələr ödəyəcək.
Bunu respublikanın daxili işlər naziri Tomaş Semonyak “RadioZet” radiostansiyasının efirində bildirib.
"Bizim mövqeyimiz birmənalıdır. Biz miqrasiya paktının əleyhinəyik və Polşaya miqrantların köçürülməsinə razı olmayacağıq. Onları qəbul etməkdən imtina etdiyimizə görə cərimə də ödəməyəcəyik", - nazir qeyd edib.
Avropa İttifaqının (Aİ) miqrasiya paktına əsasən, əgər hansısa bir ölkə miqrantları qəbul etmək istəmirsə, onların hər biri üçün 20 min avro ödəməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay