
03.02.2025 / 17:48
Əmək pensiyalarında yenilik: Kapital tələbləri artırılacaq
64317
Milli Məclis bu gün keçirilən növbəti iclasında “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edərək əmək pensiyalarının minimum məbləğini 280 manatdan 320 manata artırıb. Pensiyaların minimum məbləğindəki artım fevralın 1-dən hesablanacaq.
Pensiyaların minimum məbləğinin artırılması minimum pensiya kapitalı ilə bağlı tələb olunan məbləğin də artırılmasına səbəb olacaq.
Fevralın 1-nə kimi 40 320 manat olan minimum pensiya kapitalı tələbi dəyişiklikdən sonra 46 080 manata qədər artırılıb. Minimum pensiyaların 40 manat artırılması pensiya kapitalında 5760 manat artıma səbəb olub.
Qeyd edək ki, yaşa görə pensiyaya çıxa bilmək üçün ya minimum pensiya kapitalı toplanmalı, ya da ən azı 25 il staja sahib olmaq lazımdır.
©sfera
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay