BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
64314

2024-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən işğaldan azad edilmiş ərazilərdəki sahibkarların zəmanət-subsidiya mexanizminə müraciətləri əsasında 12 layihə üzrə 23,4 milyon manat kreditə 19,2 milyon manat dövlət zəmanəti verilib.

Valyuta.az bu barədə SİF-ə istinadən xəbər verir.

Məlumata görə, bu kreditlər üzrə 6,2 milyon manat həcmində subsidiyanın verilməsi təsdiqlənib. Fond tərəfindən bu mexanizmlə maliyyələşdirilən layihələr sənaye, xidmət, turizm və kənd təsərrüfatı sahələrini əhatə edib. Sözügedən layihələr Şuşa, Xankəndi, Ağdam, Cəbrayıl və Xocalıda fəaliyyət göstərərək iqtisadiyyata töhfə verirlər.

Bununla yanaşı, sözügedən mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi sahibkarların istifadəsinə verilib. Sahibkarlar heç bir kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlamaq imkanına sahibdirlər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilib. Ötən il ərzində bu ərazilərdə icra olunan layihə üzrə Fonddan ümumilikdə 8,1 milyon manat güzəştli kredit əldə edilib.

“Ötən il işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək diqqət mərkəzində saxlanılıb. Belə ki, fevral ayından etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsinə başlanılıb. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10 % bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.”- SİF-in məlumatında deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Ekologiya nazirliyinin bu qurumu qonaqların qəbuluna 151 min manat xərcləyəcək

Gömrük Komitəsi itlər üçün oyuncaq top alır - 223 minlik tender

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Komitə sədri “Sovetski”nin tamamilə sökülməsi məsələsinə münasibət bildirib

Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başladı

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

"Tikinti şirkətləri vətəndaşları ömürlük kirayəçiyə çevirib" - Deputat

4 minədək müəllimin əmək müqaviləsinə xitam verilib

Magistraturanın yekun nəticələri açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin