BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.8382
  • RUB
    1.9101
  • TRY
    0.0466
  • GBP
    2.1905
64214

"Formula 1"in əfsanəvi pilotları Stirlinq Moss (Stirling Moss) və Xuan Manuel Fanxio (Juan Manuel Fangio) tərəfindən 1955-ci ildə idarə olunan aerodinamik "Mercedes" avtomobili dünən keçirilən hərracda 51,155 milyon avroya (53,01 milyon dollar) satılaraq, "Qran-Pri" avtomobilləri üçün yeni rekord müəyyən edib.  

Valyuta.Az xəbər verir ki, avtomobilin ilkin qiyməti 50 milyon avrodan çox qiymətləndirilirdi. Hərrac zamanı təkliflər sürətlə 40 milyon avroya çatıb, lakin 5 milyon avroluq artımlardan sonra maraq azalıb və yekun olaraq, 46,5 milyon avro qiymətində satılıb.  

Nəticədə, alıcı mükafatını da əhatə edən yekun məbləğ 51,155 milyon avro olub. Avtomobilin kimə satıldığı hələ açıqlanmayıb.  

Bu avtomobil 1955-ci ildə Buenos-Ayres "qran pri"sində beşqat dünya çempionu Fanxio tərəfindən idarə olunaraq qalib gəlib. Həmin vaxt avtomobil daha ənənəvi, siqarşəkilli gövdəyə və tam açıq təkərlərə malik olub.  

Daha sonra Moss eyni avtomobili Monzada keçirilən İtaliya "qran pri"sində, təkərləri örtən genişləndirilmiş aerodinamik gövdə ilə idarə edib. O, yarışdan geri çəkilməzdən əvvəl 215,7 km/saat (134,0 mil/saat) orta sürətlə ən sürətli dövrəni keçib.  

Qeyd edək ki, indiyə qədər hərracda satılmış ən bahalı avtomobil 2022-ci ilin mayında 135 milyon avroya alıcı tapan 1955-ci il istehsalı "Mercedes 300SLR Uhlenhaut Coupe" modelidir. Buna qədər hərracda satılan ən bahalı "qran pri" avtomobili isə 2013-cü ildə İngiltərənin Qudvud şəhərində 29,6 milyon dollara satılmış, 1954-cü il istehsalı digər bir eks-Fanxio "Mercedes W196" modeli idi.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ekstremal hava hadisələrinin dünya iqtisadiyyatına zərəri - "Bloomberg"

Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)

Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)

"Porsche SE" 2024 proqnozlarını açıqladı - Milyardlarla dollar zərər gözlənilir

"BP" ABŞ-də yanacaqdoldurma məntəqələrini satmağa məcbur edilir

10 manatla yaradılan şirkət Nazirliyin milyonluq tenderlərini udur - İcmal

Alman Dəmir Yolları sərnişinlərinə 200 mln. dollardan çox ödəniş edib

Ən böyük Zəfər Tağı bu şəhərdə ucaldılacaq

Fransa bu il Ukranyaya 200 mln. dollardan çox ayıracaq

"MrBeast"in bütün sərvəti – məşhur "YouTuber" bizneslərindən nə qədər qazanır?

Maykl Seylorun 100 trilyon dollarlıq kripto strategiyası

Maykl Seylorun 100 trilyon dollarlıq kripto strategiyası

Sabah hava necə olacaq?

Çin "Google"un superkompüterindən milyon dəfə sürətli kvant kompüteri yaratdı

Turizm Agentliyi stend quraşdırılmasını yenə eyni şirkətə tapşırdı

Bill Qeyts: "Sevimli müəllifimin yeni kitabı mütləq oxunmalıdır – Sizə çox şey öyrədəcək"

Uşaq qidaları bahalaşır - Qiymət artımına nəzarət varmı? (Video)

Kofe iqtisadiyyatı: Səhər fincanı arxasındakı mlrd. dollarlıq biznes - SƏHƏR OXUSU

Sayları artsa da, bəziləri artıq işləmir

"Azərxalça" ASC və "Azəripək" ASC arasında mln. manatlıq müqavilə imzalanıb

Nazirlik eyni binanın tikintisi üçün yenidən eyni şirkətə milyonlar ayırdı - Qalib şirkət kimindir?

Qızılın qiyməti yenidən yüksələcəkmi? - Proqnoz

Avropada qadınlar kişilərdən nə qədər az qazanır? - "Euronews"

“Risk almaq qorxudan daha çox şey qazandırar” - Qadın liderlərdən sitatlar

Rusiyanın beynəlxalq ehtiyatları 600 mlrd. dolları ötüb

Azərbaycanda hansı sahələrdə işləyən qadınların sayı daha çoxdur?

Dünyanın ən zəngin 5 qadını - "Forbes"

Dünyanın ən zəngin 5 qadını - "Forbes"

Nə qadınlar çox xərcləyir, nə də kişilər az

Tarixin ilk "Kriptovalyuta Sammiti"ndə nələr müzakirə edilib? - "Reuters"

Yalnız 6 bankın idarə heyətində xanım var - SİYAHI

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin