30.01.2025 / 13:00
“Mazda” 28 ildən sonra loqosunu dəyişdi
64055
Dünyaca məşhur avtomobil istehsalçısı “Mazda” 28 ildən sonra loqosunu yeniləyib.
Valyuta.az xəbər verir ki, yeni loqoda xarici konturlar daha yuvarlaqlaşdırılıb, "M" hərfi isə daha kəskinləşdirilib. Digər tərəfdən, yeni loqoda üçölçülü effekt daha müasir və sadə düz dizaynla əvəzlənib.
Yapon avtomobil nəhəngi 1997-ci ildən bəri istifadə etdiyi loqosunu dəyişməklə, daha premium bir imic yaratmağı hədəfləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay