BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
64041

Aksiz vergisinin tətbiqinin həm iqtisadi, həm də sosial əhəmiyyəti vardır. Belə ki, aksiz vergisi iqtisadi baxımdan yüksək rentabelli məhsulların satış qiymətinə daxil edilməklə əlavə mənfəətin bir hissəsinin dövlət büdcəsinə alınması məqsədi daşıyır. Sosial baxımdan isə aksiz vergisinin tətbiqi satış qiymətini artırmaqla istehlakı faydalı olmayan, ətrafdakılara və ətraf mühitə mənfi təsir göstərən malların istehlakının məhdudlaşdırılmasından ibarətdir.

Bəzi hallarda həmin mallar aksiz vergisindən azad edilib. Bu azadolmaları  vergi eksperti İsmayıl Bağırov şərh edir: 

Vergi Məcəlləsinin 188.1-ci maddəsinə əsasən, aşağıdakılar aksizdən azad edilir:

- fiziki şəxsin şəxsi istifadəsi üçün aşağıdakı miqdarda aksizli malların idxalı:

- 1,5 litr alkoqollu içki;

- 2 litr energetik içki;

- 200 ədəd siqaret, 20 ədəd siqarilla və 10 ədəd siqar;

- 3 ədəd birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri;

- 100 ədəd alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar;

- 100 qram çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri;

- 50 millilitr elektron siqaretlər üçün maye;

- 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları;

- 0,5 karat emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz;

- Azərbaycan Respublikasına avtomobillərlə gələn şəxslər üçün həmin avtomobilin texniki pasportu ilə nəzərdə tutulmuş çənindəki yanacaq.

Misal 1: Azərbaycan Respublikası vətəndaşı fərdi istehlakı üçün Rusiyadan Azərbaycana gələrkən özü ilə Rusiya istehsalı olan 2 litr, Polşa istehsalı olan 1,5 litr alkoqollu içki, Rusiya istehsalı olan 200 ədəd, ABŞ istehsalı olan 400 ədəd siqaret idxal edib. İdxal edilmiş həmin mallara görə aksiz vergisi üzrə azadolma necə tətbiq ediləcək? Bu halda 1,5 litr alkoqollu içkiyə və 200 ədəd siqaretə azalolma tətbiq ediləcək.

Misal 2: Fiziki şəxs Türkiyə Respublikasından fərdi istehlakı üçün 30 qram platin, əyarı 750 olan 70 qram qızıl və 2,4 karatlıq almaz idxal edib. Bu halda 30 qram platin, əyarı 750 olan 50 qram (70-20) qızıl və 1,9 karat (2,4-0,5) almaz aksiz vergisinə cəlb olunacaq.

Vergi Məcəlləsinin 188.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar da aksiz vergisindən azad edilib.

Misal 3: Türkiyə Respublikasından Rusiyaya içməli spirt yola salınıb. Həmin spirtin yükləndiyi avtomobil Azərbaycandan keçməklə Rusiya Federasiyasına gedir. Bu halda avtomobil Azərbaycan Respublikasının ərazisindən transit keçdiyi üçün gömrük sərhədini keçərkən ondan həmin mala görə aksiz vergisi tutulmur. Çünki Vergi Məcəlləsinin 188.1.3-cü maddəsinəd göstərilib ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 192-ci və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda malların Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxalı da aksiz vergisindən azaddır.

Misal 4: А şirkəti təkrar ixrac məqsədilə Rusiyaya satmaq üçün Gürcüstandan spirt alıb. Mal Azərbaycan Respublikasının gömrük sərhədini keçərkən şirkət ödəməli olduğu aksizin məbləği həcmində bank zəmanətini gömrük orqanına təqdim edib. Bu halda А şirkətindən həmin mala görə aksiz vergisi tutulmur.

Vergi Məcəlləsinin 188.1.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Mərkəzi Bankının aktivlərində yerləşdirilmək üçün idxal olunan platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərində yerləşdirilmək üçün idxal olunan qızıl da aksiz vergisindən azad edilib.

Misal 5: Azərbaycan Mərkəzi Bankı aktivlərində yerləşdirilmək üçün Fransadan 2 ton platin, 5 ton qızıl idxal edib. Bu zaman Mərkəzi Bank idxal etdiyi həmin mallara görə aksiz vergisi ödəməyəcək.

Vergi Məcəlləsinin 188.1.7-ci maddəsində göstərilib ki, bu Məcəlləsinin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz - 2021-ci il yanvarın 1-dən 6 il müddətinə aksiz vergisindən azaddır.

Qeyd edək ki, Vergi Məcəlləsinin 190.4.2-ci maddəsində nəzərdə tutulan idxal olunan platin, 190.4.3-cü maddəsində nəzərdə tutulan qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, 190.4.4-ci maddəsində nəzərdə tutulan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 2021-ci il yanvarın 1-dən 6 il müddətinə aksiz vergisindən azad edilib.

Məcəllənin 188.1.8-ci maddəsinə əsasən, mühərrikinin işçi həcmi 125 kubsantimetrdən çox olmayan motosikletlərin idxalı da 2024-cü il yanvarın 1-dən 3 il müddətinə aksiz vergisindən azad edilib.
Vergi Məcəlləsinin 188.2-ci maddəsində qeyd olunub ki, bu Məcəllənin 188.1-ci maddəsində göstərilən aksizdən azadolmalar yalnız o zaman tətbiq edilir ki, gömrük rüsumlarından azadolmaların şərtlərinə əməl edilmiş olsun. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunur.

Gömrük Məcəlləsinin 128.3-cü maddəsinə əsasən, sərbəst dövriyyəyə buraxılışından 1 il ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər geri qaytarılır. Əgər idxal olunan mallar rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə, bu zaman həmin mallar aksiz vergisindən azad olur. Mallara gömrük rüsumunun ödənilməsi tələb edilirsə, onlardan aksiz vergisi də tutulacaq.

Gömrük Məcəlləsinin 28.4-cü maddəsində göstərilib ki, malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

©vergiler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin