BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.128
  • TRY
    0.0435
  • GBP
    2.2849
64022

ABŞ Federal Ehtiyat Sistemi ("Fed") ilin ilk faiz qərarını elan edib. 

Valyuta.Az xəbər verir ki, iki gün davam edən iclasın nəticəsi olaraq, bank gözləntilərə uyğun olaraq siyasət faizini dəyişməyib və 4,25-4,50% aralığında saxlayıb. Qərar yekdilliklə qəbul edilib.

"Fed"in açıqladığı bəyanatdan inflyasiyanın hədəfə doğru irəlilədiyini bildirən ifadə çıxarılıb. Pul siyasəti mətnində inflyasiyanın "nisbətən yüksək" olduğu və iqtisadi perspektivlərin qeyri-müəyyən qaldığı vurğulanıb. Həmçinin, əmək bazarının güclü qalmağa davam etdiyi qeyd edilib.

Bazarda "Fed"in ABŞ Prezidenti Donald Trampın (Donald Trump) siyasətlərinin iqtisadi təsirlərinə dair daha çox aydınlıq yaranana qədər hər hansı addım atmayacağı gözləntisi mövcuddur.

Tramp ötən həftə Davosdakı çıxışında, "Faiz dərəcələrinin dərhal endirilməsini tələb edəcəyəm. Eyni zamanda, bütün dünyada faizlər düşməlidir. Faiz dərəcələri hər yerdə bizi izləməlidir" – ifadələrini işlətmişdi.

Digər tərəfdən, Trampın Meksika və Kanadadan idxal olunan mallara 25%-lik gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı təhdidi inflyasiyanın daha da artacağı narahatlığını gücləndirir.

"Fed" sentyabr ayından bəri ardıcıl üç iclasda ümumilikdə 100 baza bəndi faiz endirimi həyata keçirib. Sentyabrda 2025-ci il üçün dörd faiz endirimi proqnozlaşdıran "Fed" rəsmiləri bu gözləntini iki endirimə qədər azaldıblar.

Dekabr iclasına aid protokollarda "Fed" rəsmiləri artan inflyasiya risklərinə görə yeni mövqe tutaraq gələcək aylarda daha ehtiyatlı addımlar atmaq qərarına gəliblər. Demək olar ki, bütün iştirakçılar inflyasiya risklərinin artdığına diqqət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dividendin hüquqi və maliyyə əsasları – Kimlərə verilir?

"Sebasten İnşaat"ın rəhbərinə “stop” qoyula bilər

Dünyanın ən kiçik, lakin bahalı restoranı: "Solo Per Due"

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI

"Samsung Galaxy Z Flip 7"nin sızan test nəticələri məyus etdi

Türk iş adamına məxsus şirkətin xeyli miqdarda vergi borcu üzə çıxdı

Magistraturaya qəbul imtahanında ən yüksək bal toplayanlar kimlərdir?

Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

“Azeri Med” MOM-un daha bir iri məbləğli tenderinin qalibi oldu

ABŞ tarifləri şirkətlərin 34 milyard dollar itirməsinə səbəb olub

Bir damla qanla milyardlarla dollar - "The Inventor" fırıldağının hekayəsi

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu universitet müəllim axtarır - Maaş 6 mindən YUXARIDIR

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Bakının bu küçəsi yenilənir

İlin əvvəlində 1.4 milyonluq tenderin qalibi olan sahibakara eyni qurumdan daha bir sifariş

Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək

Bu lampalara görə 5 min cərimələnəcəksiniz

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

10 manatlıq şirkətin yarım milyon manata yaxın vergi borcu üzə çıxdı

Nazir generalın yerinə bu xanımı gətirdi

Bakıda dağ satışa çıxarıldı

Azərbaycanda ilk: Bu qadınlar 1460 manat alacaq

Bu ödənişin məbləği 10 dəfəyədək artırılır

Mərkəzi Bankda iki təyinat

Restoranlarda verilən qurbağa əti ilə bağlı Açıqlama

Ermənilərin 30 milyon dollarlıq dələduzluq işi üzrə ifşa əməliyyatının təfərrüatları - Video

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

Natiq Quliyev və qardaşları “Bank Respublika”dan nə qədər qazanır? - Rəqəmlər

TuranBank DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib®

"Aztelekom"un nizamnamə kapitalı 3 dəfəyə yaxın artırılıb

Elektrik ixracından əldə olunan gəlirlər azaldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin