Etibar Pirverdiyevin şirkəti əvvəlki kimi qazana bilmir - 8 mln. manatdan çox azalma
"AZENCO" ASC 2023-cü ili 4,19 milyon manat xalis mənfəətlə bitirib.
Valyuta.az bu barədə şirkətə istinadən xəbər verir. Şirkət 2022-ci ili isə mənfəətsiz başa vurmuşdu. Məlumata görə, ASC ötən 32,47 milyon manat gəlir əldə edib. Bu isə əvvəlki ilə nisbətən 8,15 milyon manat azdır. 2022-ci ildə şirkətin gəlirləri 40,6 milyon manat təşkil edib.
Əvəzində satışın və xidmətlərin maya dəyəri 25,87 milyon manatdan 28,28 milyon manata yüksəlib. Nəticədə şirkətin ümumi mənfəəti 3,5 dəfə azalaraq 2022-ci ildəki 14,75 milyon manatdan 2023-cü ildə 4,18 milyon manata enib.
“AZENCO”nun əməliyyat mənfəəti isə 4,8 milyon manata bərabər olub ki, bu da əvvəlki ilə nisbətən 4 dəfə azdır.
Maraqlıdır ki, şirkət ili xalis mənfəətlə bağlasa da, mənfəət vergisi ödəməyib.
Qeyd edək ki, "AZENCO" ASC Azərbaycanda tikinti və quraşdırma, xüsusilə energetika layihələri üzrə əsas podratçılardan sayılır. Onun nizamnamə kapitalı 6,8 milyon manat, qanuni təmsilçisi isə Hacıyev Pərviz Firuhət oğludur. Mediayada yayılan məlumatlarda “Azenco Group”un "Azərenerji"nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay