BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
63945

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2024-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşulan sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. Mükafatlandırmanın əsas meyarı ətraf mühitin sağlamlaşdırılması, biomüxtəlifliyin, ekosistemin bərpasına yönələn layihələrin  həyata keçirilməsi, ekoloji maarifləndirmə sahəsindəki təşəbbüskarlıqlar olub.

Ekoloji təşəbbüsləri, xüsusən də tullantıların idarə edilməsi sahəsində fəaliyyəti və əldə etdiyi yüksək nəticələrlə fərqlənən Qırmızı Ürəklər Fondu mərasimdə “İlin ən yaxşı tərəfdaşı” adına layiq görülüb. Mükafatı Fondun prezidenti Yusif Poladova Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib.

Qeyd edək ki, Qırmızı Ürəklər Fondu 2024-cü ildə “Sıfır Tullantı Həmrəylik Marafonu”na start verib. 5 iqtisadi rayonu əhatə edən genişmiqyaslı layihədə 241 könüllünün iştirakı ilə 3 ton tullantı toplanıb və təkrar emala yönləndirilməsi üçün lazımi tədbirlər görülüb.

Fondun digər təqdirəlayiq layihəsi “Batareyaları təhvil ver, təbiəti qoru” kampaniyası çərçivəsində ötən il ərzində 1645 kiloqram zərərli tullantı təhlükəsiz şəkildə toplanıb. Kampaniyanın miqyasını genişləndirmək üçün 500-ə yaxın təhvil nöqtəsi yaradılıb. Zərərli tullantıların yarada biləcəyi fəsadlar və görülməli olan tədbirlərlə bağlı təhsil müəssisələrində və icmalarda geniş maarifləndirmə tədbirləri təşkil olunub, ekoloji şüurun artırılmasına yönələn addımlar atılıb.

Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az  saytına daxil olmaq kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? - SƏBƏB

İcra hakimiyyətindən “Rövşən Oğuz Qrup”a 12 milyonluq sifariş

Birgə nikah dövründə qazanılmayan əmlaklardan övladlara pay düşür?

Bu MMC-nin külli miqdarda vergi borcu var

Zirzəmidən çıxarılan su insanlara bulaq suyu adı ilə satılır

Sumqayıtda dəniz suyunun duzsuzlaşdırılması zavodu tikiləcək

Azərbaycan hansı ölkələrdən xlor alır?

Azərbaycanda yeni tibb müəssisəsi tikilir - 18,5 milyon manata

Paytaxtda qurbanlıq heyvanları bu QİYMƏTƏ satırlar

"Amazon" insansı robotlarla qapıya çatdırılma dövrünü başladır

Tramp Maskı cəzalandırmaq üçün nə qədər irəli gedə bilər? - "Reuters"

Məşhur makaron markasının məhsulları geri çağırılır: Avropa Birliyindən XƏBƏRDARLIQ

2025-ci ilin ən yaxşı səyahət kameraları - SİYAHI, FOTOLAR

Bu kənddə evlərin təmirinə 8,8 milyon manat ayrıldı

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Bakıdakı müəllimlər bölgə universitetlərində buna görə dərs demək istəmir

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd Milli Məclisə təqdim olunacaq

Bir gündə bank kartlarından 8 min manat pul oğurlandı

Bu ixtisaslara qəbul olmaq asandır (SİYAHI)

"Tesla"nın məhkəmədən qəribə istəyi

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycanda 7 bal gücündə zəlzələ ehtimalı var? (AÇIQLAMA)

Sabah yağış yağacaq

300 bal toplayan 9-cular (FOTO)

Ərəb Əmirlikləri Azərbaycana 9 manatdan elektron siqaret mayesi satıb

Əməkdar artist vəfat etdi

Azərbaycan nefti bahalaşıb

Süni zəka dedilər, insan çıxdı: Bir zamanların AI ulduzu iflasın astanasında

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

Bakının bu ərazisində torpaq qiymətləri bahalaşacaq

"Bitcoin" 102 min dollara qədər düşdü

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin