“Azərbaycan Dəmir Yolları”nın yükdaşıma gəlirləri 43 mln. manata yaxın azalıb
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin yükdaşıma üzrə gəlirləri məlum olub.
Valyuta.az xəbər verir ki, ADY-nin ümumi yükdaşıma gəlirlərinin həcmi 482,77 milyon manat təşkil edib. Bu isə 2022-ci ilə nisbətən 8,2% və ya 42,7 milyon manata azdır. Belə ki, 2022-ci ildə bu rəqəm 525,5 milyon manat təşkil edib.
Buna səbəb isə dövlət şirkətinin yükdaşımalarının azalması olub. Belə ki, dəmiryolu ilə daşımalar 2022-ci ildə 18 mln. 730 min ton təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 18 mln. 276 min tona qədər enib. Başqa sözlə, 2023-cü ildə dəmiryolu ilə yükdaşımaları 454 min ton azalıb.
Qeyd edək ki, ümumilikdə 2023-cü ildə ADY gəlirləri əvvəlki ilə nisbətən 0,2% artaraq 602,67 mln. manat təşkil edib. Dövlət şirkəti ötən ili 101 mln. manat xalis zərərlə başa vurub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay