“Rho Motion”: 2025-ci ildə elektromobil satışları 20 milyondan çox olacaq
Tam elektriklə işləyən və “plug-in” hibrid avtomobillərin qlobal satışları bu il ən azı 17 faiz artaraq 20 milyondan çox olacaq.
Bu proqnozu çərşənbə axşamı “Rho Motion” tədqiqat şirkəti verib.
Şirkətin araşdırma rəhbəri Ayola Hyuzun fikrincə, CO2 hədəfləri qüvvəyə mindiyi və daha ucuz modellər ortaya çıxdığı üçün dünyanın ikinci ən böyük elektromobil bazarı olan Avropada satış artımı davam edəcək.
Avtomobil istehsalçıları 2025-ci ilin transformasiya ili olacağına ümid edirlər, çünki Avropa elektrikli avtomobillərin qəbulunu artırmaq üçün yeni hədəflər təqdim edir və Çin bu sahəyə subsidiyaları artırır.
“Rho Motion” hesab edir ki, Çinin elektromobil satışları 2025-ci ildə gözləniləndən daha çox, böyük ehtimalla 17 faiz artacaq və genişlənmiş subsidiyalar sayəsində bu ölkə bazardakı üstünlüyünü möhkəmləndirəcək. 2024-cü ildə Çin şirkətləri istehsalı 40 faiz artıraraq 11 milyon elektromobilə çatdırıb.
Şirkət, həmçinin Çin istehsalı olan elektrikli avtomobillərin satışlarının onların bazar payının 80 faizi ötdüyü Latın Amerikasında 2024-cü il tendensiyalarını təsdiqləyəcəyini, habelə çinli istehsalçıların Asiya-Sakit Okean və inkişaf etməkdə olan bazarlarda böyüməyə davam edəcəyini proqnozlaşdırır.
Avropada ümumi satışların keçən il satılan 3 milyon elektrik avtomobili ilə müqayisədə 15 faiz artacağı da ehtimal olunur.
Avtomobil istehsalçıları hələ də Aİ emissiya hədəflərini yerinə yetirmədiyi səbəbindən təxminən 10 milyard avro cərimə riski ilə üzləşir.
“Rho Motion” Donald Trampın siyasət dəyişikliklərinin məhdud təsiri ilə 2025-ci ildə ABŞ-da elektrikli avtomobil satışlarının 16 faiz artacağını proqnozlaşdırır, lakin onların uzunmüddətli təsirlərinin olacağını, o cümlədən 2040-cı ilə qədər ən pis halda elektromobil akkumulyatoruna tələbatın 47 faiz azalacağını gözləyir.
©report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay