Milyonlarla aktivə sahib investorlar əsas səhvlərini açıqladılar - SƏHƏR OXUSU
“DeVere Group” tərəfindən aparılan araşdırmaya əsasən, 1,5 milyon ABŞ dollarından çox aktivi olan iri investorların böyük bir hissəsi (44%) əsas səhvləri kimi aktivlərinin uzun müddət nağd pul şəklində saxlanmasını göstəriblər.
Valyuta.az xəbər verir ki, investorlar bu davranışı bazar volatillik dövrlərində portfellərinin "müəyyən təhlükəsizliyini" təmin etmək istəyi ilə əlaqələndiriblər.
Daha çox xəbər üçün Telegram kanalımıza abuna olun:
“DeVere Group” un rəhbəri Naycel Qrin qeyd edib ki, balanslaşdırılmış portfeldə "müəyyən bir nağd pul hissəsi" olmalıdır, lakin "artıq nağd vəsait" zamanla inflyasiya səbəbindən dəyərini itirə bilər. Bundan əlavə, nağd pullar mənfəət gətirmir və investorların vəsaitlərini səhmlər, daşınmaz əmlak və digər aktivlər kimi sahələrdə yerləşdirmə üstünlüklərindən yararlanmasına mane olur.
Araşdırmada iştirak edənlərin 31%-i etiraf edib ki, emosiyalar əsasında maliyyə qərarları qəbul edə bilirlər. Ən çox qorxu və tamah hissi "impulsiv" seçimlərə səbəb olur, lakin Naycel Qrin vurğulayıb ki, bu cür investisiya "nadir hallarda davamlı mənfəət" gətirir. Əksinə, rasional, intizamlı qalan və ekspertlərin tövsiyələrinə əsaslanan uzunmüddətli strategiyaya riayət edənlər qazanclı çıxırlar.
Bundan əlavə, investorların 21%-i əsas səhvlərindən biri kimi hər hansı aktivin keçmiş gəlirliyinə həddən artıq diqqət yetirməyi göstəriblər. “DeVere Group” rəhbərinin sözlərinə görə, əvvəlki illərin strategiyaları nəticələrin təkrarını təmin etmir. O, investorlara "mövcud vəziyyəti qiymətləndirməyi və gələcəyi proqnozlaşdırmağı" tövsiyə edib.
Qeyd edək ki, bitkoinin məzənnəsinin 100 min ABŞ dollarını keçməsi, 2024-cü ildə bütün dünyada investorların xatırladığı 11 mühüm hadisədən biri olub. Ötən il hər gün orta hesabla 154 bitkoin milyonçusu yaranıb. 2024-cü il ərzində ümumilikdə 56 325 nəfər bitkoin sahibinin dollar milyonçusuna çevrildiyi bildirilib.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay