
28.01.2025 / 10:00
Dünyanın texnologiya brendləri İranı tərk edir
63895
Dünyanın texnologiya brendləri İrana tətbiq edilən sanksiyalara görə İslam Respublikasını tərk edir.
Məlumatı “Donya-e-Eqtesad” saytı yayıb.
Bildirilib ki, bir müddət əvvəl nəhəng texnologiya şirkətləri İran bazarını tədricən tərk edib. Bunların ardınca “IBM”, “HP” və “Apple” kimi tanınmış markalar da bu ölkədə fəaliyyətini məhdudlaşdırıb.
Məlumata görə, bu günlərdə “Asus” və “Lenovo” kimi texnologiya şirkətləri də İranı tərk edərək aksiyaya qoşulublar.
Kompüter Mühəndisləri Birliyinin rəhbəri Məhəmmədrza Fərəci Tehrani də hadisəni təsdiqləyərək sanksiyaların İranın texnologiya bazarına təsirini vurğulayıb.
O, IT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq problemin dolayı yollarla həllinə çalışdıqlarını söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay