BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63882

Süni intellekt əsasında fəaliyyət göstərən səs texnologiyaları startapı "ElevenLabs", C seriyası sərmayə turunda 250 milyon dollar məbləğində sərmayə cəlb edib. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, bu investisiya ilə şirkətin ümumi dəyəri 3 milyard dollar ilə 3,3 milyard dollar arasında qiymətləndirilib. Sərmayə turuna "ICONIQ Growth" rəhbərlik edib və əvvəlki investor "Andreessen Horowitz" də iştirakçı olub.

Xatırladaq ki, "ElevenLabs" 2024-cü ilin yanvar ayında baş tutan B seriyası sərmayə turunda "Andreessen Horowitz", keçmiş "GitHub" baş icraçı direktoru Nat Fridman (Nat Friedman) və sahibkar Daniel Qrosun (Daniel Gross) rəhbərliyi altında 80 milyon dollar investisiya əldə etmişdi. Bundan başqa, startap 2023-cü ilin iyun ayında 19 milyon dollar sərmayə aldığını açıqlamışdı. Mənbələr bildirir ki, "ElevenLabs" ilkin mərhələdə 4 milyard dollarlıq qiymətləndirmə ilə sərmayə cəlb etməyi planlaşdırsa da, hazırkı 3 milyard dollar dəyər belə, B seriyası mərhələsində əldə edilən 1 milyard dollarlıq qiymətləndirmədən üç dəfə yüksəkdir.

"ElevenLabs" istifadəçilərə sintetik nitq istehsalını təmin edən bulud əsaslı süni intellekt platforması ilə diqqət çəkir. Platforma müxtəlif kateqoriyalar üzrə minlərlə səsi əhatə edən geniş kitabxanaya çıxış imkanı yaradır. Bu platformanın köməyi ilə istifadəçilər dublajlar yarada, audio kitablar istehsal edə və ya filmlər üçün izahçı əlavə edə bilirlər. Bundan əlavə, "ElevenLabs" vasitəsilə səsin klonlaşdırılmasının mümkün olduğunu da qeyd etmək lazımdır. Klonlaşdırılmış səslər müxtəlif dillərdə istifadə oluna bilir.

Şirkət həmçinin sənədləri səsli nitqə çevirən "ElevenLabs Reader: AI Audio" tətbiqi və səs fayllarından arzuolunmaz səsləri təmizləyən "AI Voice Isolator" aləti ilə istifadəçilərin marağını qazanıb. Son olaraq, "ElevenLabs"-ın "Google"-un "NotebookLM" tətbiqinə bənzər şəkildə sənədləri podkast formatına çevirən "GenFM" xüsusiyyəti ilə də diqqət çəkdiyini vurğulamaq lazımdır.

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin