BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63852

Rusiyanın ən iri enerji təminatçısı "Rosseti" "Bitcoin" (BTC) mədənçiliyi sahəsinə daxil olmağı planlaşdırır.

Valyuta.az xəbər verir ki, dövlət elektrik şəbəkəsi şirkəti olan "Rosseti" atıl elektrik resurslarının istifadəsini yaxşılaşdırmaq, elektrik təchizatı mərkəzlərinin yüklənməsini artırmaq, şirkətin elektrik gəlirlərini yüksəltmək və yerli iqtisadiyyatla vergi sistemini gücləndirmək məqsədilə "Bitcoin" mədənçiliyinə başlamağı nəzərdə tutur.

Şirkətin açıqlamasına əsasən, "Rosseti" kriptovalyuta mədənçiliyi infrastrukturunun paylanmasını əlaqələndirən bir operator kimi fəaliyyət göstərəcək və aşağı enerji istehlakına malik elektrik təchizatı mərkəzlərinə diqqət yetirəcək.

Məlumata görə, "Rosseti"nin baş direktoru Andrey Reyumin Rusiyanın baş naziri Mixail Mişustinə  bir məktub göndərərək, müxtəlif bölgələrdə mədənçilik mərkəzlərinin yaradılmasını əlaqələndirmək üçün icazə istəyib. Şirkət iddia edir ki, kripto mədənçiliyi yalnız artıq gücün istifadəsini yaxşılaşdırmayacaq, həm də şəbəkə yükünü və tarif gəlirlərini artıraraq Rusiyanın iqtisadi inkişafını və vergi gəlirlərinin artmasını dəstəkləyəcək.

Digər tərəfdən, ötən ilin dekabr ayında Rusiya 2025-ci ildən etibarən bəzi bölgələrdə kriptovalyuta mədənçiliyinə qadağa tətbiq edəcək qanun qəbul edib. Qanuna görə, 1 yanvar 2025-ci ildən başlayaraq altı il müddətində ölkənin 10 bölgəsində kripto mədənçiliyi tamamilə qadağan olunacaq. Bu qadağanın 15 mart 2031-ci ilə qədər qüvvədə qalması planlaşdırılır.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin