BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63844

Avtonom nəqliyyat vasitələri, yəni sürücüsüz taksilərin (robotaksilərin) geniş yayıldığı bir dövrdə milyonlarla "Uber" sürücüsünün taleyi necə olacaq? 

Valyuta.az xəbər verir ki, "Uber"in baş direktoru Dara Xosrovşahinin fikrincə, bu dəyişikliyin yaxın zamanlarda böyük təsir göstərəcəyi gözlənilmir.

CNBC-nin Squavk Boxun proqramında danışan Xosrovşahi qeyd edib:

"Növbəti beş ildə bu sahədə çox böyük dəyişikliklər hiss edəcəyinizi düşünmürəm. Məsələn, San-Fransiskoda işlərimiz böyüməyə davam edir və "Waymo" da böyüyür. Ümumilikdə iş həcmi daha sürətlə artır".

"Alphabet" ("Google"un ana şirkəti) tərəfindən dəstəklənən "Waymo" ilə "Uber" arasındakı əməkdaşlığa diqqət çəkən Xosrovşahi 2023-cü ildə bəzi şəhərlərdə "Waymo"nun sürücüsüz avtomobilləri ilə xidmət təklif etməyə başladıqlarını vurğulayıb. "Uber" sürücüsüz avtomobillərin sayını artırmağı planlaşdırsa da, bu keçidin tədricən baş verəcəyini bildirir. 

"Düşünürəm ki, hibrid bir sistemlə işləyəcəyik. İnsan sürücülər üstünlük təşkil edəcək, lakin qarşıdakı 10 il ərzində az sayda avtonom avtomobil də sisteme inteqrasiya olunacaq", deyə Xosrovşahi bildirib.

Lakin 10 il sonra vəziyyət dəyişə bilər. Xosrovşahi bu barədə deyir:

"10 il sonra fərqli bir mənzərə ilə qarşılaşa bilərik. Amma bu müddətdə insan sürücülərə çox iş düşəcək və avtonom avtomobillər tədricən sistemə daxil olacaq".

Pandemiya dövründə maliyyə çətinlikləri yaşayan "Uber" öz sürücüsüz avtomobil bölməsini "Aurora" şirkətinə satmışdı. Bu qərar, bir il əvvəl Uber-in sürücüsüz avtomobilinin ölümcül bir qəza törətməsindən sonra verilmişdi. Həmin qəzada avtomobilin daxilindəki təhlükəsizlik sürücüsü məsul tutulmuşdu.

Hazırda "Uber" "Waymo" və digər avtonom avtomobil istehsalçıları ilə əməkdaşlıq edərək Atlanta, Austin və digər Amerika şəhərlərində bu texnologiyanı tətbiq edir. Bundan əlavə, Böyük Britaniya mərkəzli "Wayve" avtonom avtomobil şirkətinə investisiya qoyaraq bu sahədə irəliləyişlər etməyə çalışır.

"Uber" həmçinin "Tesla" ilə əməkdaşlıq edərək "Cybercab" robotaksilərini öz tətbiqi vasitəsilə təqdim etməyi xəyal edir. Lakin bu mövzuda "Tesla" və İlon Maskdan hələlik bir cavab alınmayıb.

Xosrovşahi bildirir ki, avtonom avtomobil texnologiyası sürətlə inkişaf edir və qarşıdakı iki il ərzində bu texnologiya böyük irəliləyişlər göstərəcək. Amma bu sistemin ticari cəhətdən geniş yayılması üçün daha çox vaxt lazım olacaq.

Onun fikrincə, avtomobil istehsalçıları ilə əməkdaşlıq, bu prosesin daha tez baş verməsini təmin edə bilər:

"Bu əməkdaşlıqlar, ticari genişlənməni sürətləndirəcək, çünki biz onlara daha böyük iş həcmi təqdim edə bilərik".

Xosrovşahi həmçinin əlavə edib ki, texnologiyanın geniş istifadəsi nəqliyyatı daha təhlükəsiz edəcək:

"Bu texnologiya səhnəyə çıxmağa hazırdır və sərnişinlər üçün daha təhlükəsiz küçələr yaradacaq".

"Uber"in vizionuna görə, avtonom nəqliyyat vasitələri yaxın gələcəkdə insan sürücüləri tamamilə əvəz etməyəcək. Hibrid sistemin tətbiqi ilə insan sürücülərin iş imkanları hələ uzun müddət qorunacaq. Ancaq 10 ildən sonra texnologiyanın inkişafı ilə bu sahədə ciddi dəyişikliklərin olacağı gözlənilir.

Qeyd edək ki, Dara Xosrovşahi 1969-cu ildə İranın Şərqi Azərbaycan vilayətinin Xosrovşah şəhərində, azərbaycanlı ailəsində anadan olub. O, 9 yaşı olanda ailəsi ilə birlikdə ABŞ-a köçüb. 1991-ci ildə o, Braun Universitetini bitirib və mühəndislik peşəsinə yiyələnib.

ABŞ-da sərmayəçi kimi tanınan Əli və Hadi Partovinin əmisi oğludur. Onun digər ailə üzvləri "Intel", "Google", "Ventures" və "Allen&Co" maliyyə şirkətlərində çalışırlar. 1991-1998-ci ilərdə Xosrovşahi "Allen&Co” maliyyə şirkətində təhlilçi vəzifəsində çalışıb. 2005-ci ildə “Expedia”da baş direktor vəzifəsinə təyin olunanadək o, “USA Networks” telekanalı və “IAC” (bura həm də "HomeAdvisor", "Ask.com", "Tinder", "Vimeo" və digər brendlər aiddir) şirkətlərində idarəçi vəzifələrində işləyib.

Xosrovşahinin artıq 12 ildir başçılıq etdiyi "Expedia" turizm şirkəti 1996-cı ildən mövcuddur. 2003-cü ildən bu servis “İAC” şirkətinin bir hissəsi olub. 2005-ci ildə “Expedia” “İAC”-dan ayrılıb və Xosrovşahi onun başına keçib. “Hotels.com”, “HomeAway”, “Travelocity”, “Orbitz” və “Trivago” daxil olmaqla, “Expedia”ya 15-dən çox müxtəlif beynəlxalq turizm xidmətləri aiddir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin