BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.8849
  • RUB
    2.0239
  • TRY
    0.0448
  • GBP
    2.2267
63811

“Google” süni intellekt (Sİ) texnologiyasına dair cəmiyyətin maarifləndirilməsi və bu sahədə siyasətlərin formalaşdırılmasına dəstək məqsədilə yeni təhsil proqramları hazırlayır. 

Bu barədə Valyuta.az “Alphabet” şirkətinin qlobal məsələlər üzrə prezidenti Kent Uokerin açıqlamalarına istinadən xəbər verir.

“Daha çox insanı və təşkilatı, o cümlədən hökumətləri süni intellektlə tanış etmək və bu texnologiyanın alətlərindən istifadəni öyrətmək süni intellekt siyasətinin təkmilləşdirilməsinə və yeni imkanların yaranmasına yol açır,” – deyə Uoker bildirib.

Şirkət rəhbərliyi hesab edir ki, bu təşəbbüs həm də süni intellektin cəmiyyətə təsiri ilə bağlı mövqeyi formalaşdırmaq baxımından əhəmiyyətlidir. Xüsusilə, bu texnologiyanın kütləvi ixtisarlarla nəticələnə biləcəyinə dair narahatlıqların fonunda “Google” uzunmüddətli perspektivdə yalnız az sayda peşənin tamamilə süni intellekt tərəfindən əvəz ediləcəyini, lakin əksər sahələrdə texnologiyanın peşələrə qismən inteqrasiya olunacağını bildirir.

“Google” texniki sahələrdə karyera yüksəlişini dəstəkləmək məqsədilə işçilərə məlumat analitikası və İT dəstəyi üzrə təlimlər keçən “Grow with Google” proqramını genişləndirməyi planlaşdırır. Şirkətin məlumatına əsasən, 2024-cü ilin sonuna qədər bu proqramın məzunlarının sayı 1 milyona çatıb.

Şirkət həmçinin dövlət-özəl tərəfdaşlıq çərçivəsində layihələr inkişaf etdirməyə çalışır. Kent Uokerin sözlərinə görə, bu istiqamətdə “Skilled Trades and Readiness” proqramı ön plandadır və şirkət kollec təhsil müəssisələri ilə əməkdaşlıq edir. O əlavə edib ki, bu proqram çərçivəsində süni intellekt təlimləri də daxil edilir.

Qeyd edək ki, “Google” un bu təlim təşəbbüsləri ABŞ Ədliyyə Nazirliyinin və digər tənzimləyici qurumların korporasiya və süni intellekt sahəsinə artan təzyiqlərinin fonunda həyata keçirilir. Nazirlik şirkəti “Google” un məhsulları, o cümlədən “Chrome”, “Play” və “Android” platformalarından istifadə edərək axtarış və Sİ sahələrində rəqabət üstünlüyü qazanmağa çalışmaqda ittiham edir.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Pul pulu cəlb edir: 94 yaşlı Baffettin şirkətinin səhmləri enişə baxmayaraq yüksəlişdədir

Bu məhsulu baha alıb ucuz satdıq - 68 qəpikdən İXRAC

"Microsoft"un yubileyində gözlənilməz etiraz: Al müharibəyə dəstək verir?

Yüksək faizli istehlak kreditləri iqtisadiyyata hansı təsirlər göstərir?

Meta-nın yeni süni intellekti "Llama 4" Avropaya qadağan edildi

"iPhone 16" almaq, yoxsa "iPhone 17"ni gözləmək: Hansı daha məntiqlidir?

“Microsoft” Çindəki tərəfdaşını bağlayır - 2000 nəfər işsiz qalacaq

İcra hakimiyyəti 10 min manata icarə xidmət alır

Yanvar-aprel ayının iqtisadi dalğalanması - İtirənlər və qazananlar

Sığorta bazarında fərqli mənzərə: Kim çox ödəyir, kim heç nə

Britaniya xərcləri azaltmaq üçün 300 agentliyi bağlayacaq

AzTU “Lexus-Bakı”dan 117 minlik maşın alır

Məşhur milyarder ABŞ prezidentinə qarşı: "Tramp etimadı itirir"

Bu ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Vergi borcu olan şirkət kotirovka sorğusunun qalibi oldu

7 milyonu kənara qoyub 200 nəfərin pensiyasını müzakirə edirlər - İqtisadçı

“Baby store” cərimələndi

ABŞ hökuməti "Apple" və "Google" şirkətinə möhlət verdi

Bəzi xarici şirkətlərdən məhsul idxalına qadağa qoyulub

Cənub bölgəsindəki “İsti Su” 1,4 milyona satışa çıxarıldı

Azərbaycana ən çox ananas satan ölkə - 1 manat 80 qəpikdən

51 nəfərin diplomu tanınmayıb

Bu məktəblərdə şagird qəbulu 2 qaydada aparılacaq

“Sədərək” və “Binə” Ticarət Mərkəzlərindən Xəzər dənizinə çirkab sular axıdılırmış - Cərimə gözlənilir

AMEA-da yeni şöbə yaradıldı

Ölkədən çıxışa STOP qoyulmasını necə öyrənmək olar?

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq®

"Dəstərxan" restoranı səs-küyə görə cərimələndi

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

“28 May” yaxınlığında qazıntı işlərinə başlanılacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin