BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63779

Bakıda binaların komendant sistemi ilə bağlı demək olar, bir çox vətəndaşlar narazılıq edir. Adətən yığılan pulların xərclənməsi bina sakinlarini qane etmir. Yaxud qeyd edirlər ki, binalarda komendantlara ödənilən məbləğ yüksəkdir, vətəndaşların ödəməyə gücü çatmır. Hətta bəzən vətəndaşlar yaşamadıqları evlərinə görə belə, komendanta pul ödəməli olurlar. 

Komendant sistemi ilə bağlı hansı boşluqlar var? Qiymətlər niyə bu qədər yüksəkdir?

Mövzu ilə bağlı açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, bu, olduqca böyük kütləni əhatə edən problemdir:

“Tək Bakıda yox, Azərbaycanda 2 minə yaxın yeni inşa olunmuş bina var, hansılar ki, düzgün idarə olunmur və burada özbaşınalıqlar baş alıb gedir, o cümlədən kölgə iqtisadiyyatının böyük həcmini təşkil edir. Ümumilikdə 2 minə yaxın binada təxmini hesablamalara görə, 1 milyona yaxın vətəndaş yaşayır. Hazırda bu komendant özbaşınalığına, qanun pozuntularına və digər problemlərə görə 1 milyona yaxın vətəndaş əziyyət çəkir. Bu, olduqca böyük rəqəmdir. Demək olar, ölkədə inşa olunmuş çoxmənzilli binaların 95 faizindən çox hissəsi qanuna zidd idarə edilir. Hətta rəsmi idarəetmə təşkil olunsa da, orada şəffaflıq yoxdur, yenə də müxtəlif, qanuna uyğun olmayan davranışlar sərgilənir. Yəni vətəndaşlardan toplanan vəsaitlə bir çox işbazlar böyük həcmdə qazanc əldə edir, faydalanırlar.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin çoxmənzilli binanın idarə edilməsi ilə bağlı fəsli var. Burada çoxmənzilli binanın idarə edilməsi birbaşa həmin binada olan mülkiyyət sahiblərinin üzərinə düşür. Vətəndaşlar toplanaraq müştərək cəmiyyət yaratmalıdırlar. Bundan sonra Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməklə idarəetmə üsulunu seçməlidirlər. İdarəetmə üsulu isə üç formada olur. Vətəndaşlar sakinlər arasından ayrı-ayrı şəxsləri müəyyən edirlər – kimi elektrik, kimi santexnik, kimi mühafizəçi və.s olur və başqa heç kimi bura cəlb etmirlər. Digər üsullardan biri – idarəetmənin növü – sədr, idarə heyəti və.s təşkil olunandan sonra kənardan mütəxəssislər dəvət edilir. Növbəti üçüncü üsul isə - vətəndaşlar idarəetməni hər hansı təşkilata həvalə edirlər. Bunlar hamısı qanunda əks olunub”.

Ekspert qeyd etdi ki, binanın idarə olunması xərcləri birbaşa vətəndaşların üzərinə düşdüyündən xidmətlərin seçimi ümumi qərarlarla təyin olunur:

“Yığılan tariflər təyin olunur, vətəndaşların istəkləri müəyyən edilir. Məsələn, mühafizəçilərin sayı, yanğından əlavə mühafizə sistemi, əlavə kameralar, domafon sistemi, internet provayderi seçimi və.s kimi məsələlər təyin olunur. Təəssüf ki, hətta bu kimi xırda seçimləri belə vətəndaşlarımızedə bilmir. Komendant istənilən provayderi cəlb edir və ya digər məsələləri həll edir, özü də ondan faydalanır, həmin təşkilatlardan faiz qazanır. Tullantıların daşınmasından, parklanmadan, elektrik enerjisindən, cari təmirlərə yığılan vəsaitlərdən yeyintilər olur. Bunlar hamısı kölgə pullarıdır, işbazlar çalışırlar ki, dolayı yolla ciblərini doldursunlar. Təbii ki, bu cür özbaşınalıqlardan ən çox zərər çəkənlər sakinlərdir.

Vətəndaşlar da qanundan xəbərsiz olduqlarına görə, heç nə edə bilmirlər, bu proses illər boyu davam edir. Qanunda yazılıb ki, əgər bina inşa edilib qurtarıbsa, 6 ay ərzində istismardan qəbuldan keçməlidir, ondan sonra vətəndaşlar çıxarışlar əldə edirlər. Çıxarışlar toplanandan sonra 51 faiz olmaqla vətəndaşlar toplanıb müştərək cəmiyyətin yaradılması ilə bağlı protokol hazırlayırlar. Sənədlər Ədliyyə Nazirliyinə göndərilir və müştərək cəmiyyət təsis olunur. Ölkədə təxminən 200-ə yaxın müştərək cəmiyyət yaradılıb. Təsəvvür edirsiniz, 2 min bina var və cəmi 200-ə yaxın müştərək cəmiyyət...Əminliklə deyə bilərəm ki, hətta onların da 90 faizində şəffaflıq yoxdur. Baxmayaraq ki, qanuni müştərək cəmiyyət təşkil olunub, orada da dolayı yollarla müəyyən işbazlar ciblərini doldurmağa davam edirlər”.

©sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin