BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63494

Ötən həftə ABŞ-da inflyasiyaya dair göstəricilərin dərc olunması fonunda dollar major valyutalar qarşısında, xüsusilə də, yapon yeni qarşısında ucuzlaşdı. Belə ki, USDJPY valyuta cütlüyü həftə ərzində 158.200 səviyyəsindən 154.970 səviyyəsinə qədər ucuzlaşıb. EURUSD cütlüyünün isə 1 sent bahalaşdığının şahidi oluruq. Dolların bir qədər zəifləməsi fonunda qızıl “güvənli liman” maliyyə aləti kimi dəyər qazandı və 2700$-ın üzərinə qalxaraq, 2724$ səviyyəsinə qədər bahalaşdı.

Cümə günü Bayden administrasiyası Rusiya neft istehsalçıları və tankerlərinə qarşı daha geniş sanksiyalar elan edib. Analitiklərin fikrincə, ABŞ-nın Rusiya neft istehsalçılarına və tankerlərinə tətbiq etdiyi sanksiyalara görə, tədarüklə bağlı narahatlıqlar və ABŞ-nın mümkün faiz dərəcəsinin aşağı salınması ilə tələbin bərpası proqnozları xam neft bazarını dəstəkləyəcək. Ötən həftə həmçinin, Dollar indeksi (DXY) 0.24% itirərək 109.08 bənd təşkil edib.

Bu gün investorlar ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini maraqla izləyəcəklər. Cari ticarət həftəsində isə cümə günü ABŞ-da dərc olunacaq Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Yaponiyada açıqlanacaq faiz qərarı investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftəyə 1.0240$ səviyyəsində start verən EURUSD məzənnəsi həftə ərzində 1.0178 səviyyəsinə qədər ucuzlaşsa da, buradan dəstək alaraq bir qədər bahalaşdı və həftəlik şamını 1.0275 səviyyəsində tamamladı.

Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq İstehsal Qiymətləri İndeksi və Biznes Aktivliyi İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə təsir göstərə bilər.

“Ayılar” qiyməti təzyiq altında saxalamağa davam edərsə, eniş tendensiyası davam edə bilər.

GBP

Keçən həftəyə 1.2204 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində ilk öncə 1.2098 səviyyəsinə kimi ucuzlaşdı, sonra isə 1.2306 səviyyəsini qədər bahalaşdı. Nəticədə cütlük həftəni 1.2165$ səviyyəsində tamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq İşsizlik Səviyyəsi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsi “ayılar”-ın təsiri ilə yenidən 1.22$ həddinin altına düşüb. Əgər, qiymət həmin həddin altında qalarsa, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Major valyutaların kəskin ucuzlaşması fonunda, investorların “güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə 2724$-a kimi bahalaşdı. Daha sonra bu səviyyədə “ayılar”-ın müqaviməti ilə üzləşən dəyərli metal 2690$-a kimi ucuzlaşdı. Hazırda 2709$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2715$, 2730$ və 2743$ səviyyələri çıxış edir.

OİL

Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq olunması fonunda “Brent” markalı neftin bir barrel üçün qiyməti 80$ həddinin üzərinə qalmaqda davam edir. Ötən həftə 82.80$ səviyyəsinə qədər yüksələn OLİUK, cari həftəyə 81.40$ həddində başladı. Cari həftə ərzində “Brent” neftinin bahalaşması üçün qarşıda duran əsas müqavimət həddləri kimi, 81.75$, 82.80$ və 83.70$ səviyyələri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin