BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63387

Bakı şəhər İcra Hakimiyyətinə tabeli qurumların həyata keçirdiyi satınalmalar barədə elektron media resurslarında kifayət qədər tənqidi məlumatlar mövcuddur. Xüsusilə Mənzil-Kommunal Təsərrüfat Birliklərinin adı bu baxımdan tez-tez hallanır. Lakin son günlərdə anoloji bir satınalma birbaşa Bakı şəhər İcra Hakimiyyəti tərəfindən keçirilib.

Sual doğuran satınalma prosedurları

Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Sair torpaq, tikili və avadanlıqların cari təmir xərcləri”, “Əsas fondlara xidmət haqqı xərcləri”, “İstehlakyönlü müxtəlif xidmətlər”, “Sair xərclər” və “Maşın və avadanlıqların əsaslı təmiri” xərclərinə dair xidmətlərin satın alınması üzrə 26 noyabr 2024-cü ildə başlanmış kotirovka sorğusuna yekun vurulub. 

Sorğunun nəticələrinə əsasən, "SAFMEREN LN 2024" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib elan edilib. Müqavilənin ümumi məbləği 89,138 manat təşkil edir. Bu barədə məlumat satınalmaların vahid internet portalında 27 dekabr 2024-cü il tarixində dərc olunub.

Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən “Yanacaq və sürtkü materiallarının alınması”, “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” və “İstilik enerjisi (yanacaq) haqlarının ödənilməsi” xərclərinə dair mal-materialların alınması və quraşdırılması xidmətləri üzrə 25 noyabr 2024-cü ildə başlanan kotirovka sorğusuna da yekun vurulub. 

Bu müsabiqədə də qalib "SAFMEREN LN 2024" MMC olub və 67,400 manat dəyərində müqavilə bağlanması planlaşdırılır. Məlumat satınalmaların vahid internet portalında 25 dekabr 2024-cü il tarixində dərc edilib.

MMC haqqında şübhələr

Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti iki gün fərqlə eyni şirkətlə ümumi dəyəri 156,534 manat olan iki müqavilə bağlayıb. Məlumdur ki, bu MMC yalnız son aylarda bir sıra dövlət qurumlarının şübhəli satınalmalarında ad çıxarıb. Şirkətin qeydiyyatı barədə rəsmi məlumatlar belədir:

Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətinin məlumatına görə, "SAFMEREN LN 2024" MMC (VÖEN: 1506750211) 5 aprel 2024-cü ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır. Hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, İlham Məmmədov küçəsi, ev 10, mənzil 149-dur. Şirkətin qanuni təmsilçisi isə Elnur Çarçarov (tam adı: Çarçarov Elnur Rafiq oğlu) göstərilib.

Bununla yanaşı, məlum olub ki, şirkət yalnız 6 aylıq fəaliyyəti ərzində digər dövlət qurumlarının da sifarişlərində iştirak edərək qalib elan olunub. 

Digər MMC-lər və şübhəli fəaliyyətlər

Açıq mənbələrdən əldə edilən məlumatlara görə, Elnur Çarçarov və bacısı Aynur Çarçarova fərqli ünvanlarda onlarla MMC təsis ediblər. Bu şirkətlərin demək olar ki, hamısı müxtəlif şübhəli satınalmalarda iştirak edib. Aşağıda bu MMC-lərin bir qismi təqdim olunur:

- "Asrol LL 2024" MMC (VÖEN: 1806650761) – Elnur Çarçarov  

- "Safmeren LN 2024" MMC (VÖEN: 1506750211) – Elnur Çarçarov  

- "Zanbar RR" MMC (VÖEN: 1605439601) – Elnur Çarçarov  

- "Avsom 2024" MMC (VÖEN: 1506753401) – Aynur Çarçarova  

- "Ayazen 2024" MMC (VÖEN: 1506750191) – Aynur Çarçarova  

- "Simoder LM" MMC (VÖEN: 1506749951) – Aynur Çarçarova  

- "Kanera AS" MMC (VÖEN: 1506721421) – Aynur Çarçarova  

Bu MMC-lərin hamısının eyni şəxslərə bağlı olması və dövlət satınalmalarında ardıcıl şəkildə iştirak edərək qalib olması ciddi suallar doğurur. Bakı şəhər İcra Hakimiyyətinin satınalma komissiyasının isə belə bir şirkəti qalib seçərkən Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli, 494 nömrəli qərarı ilə müəyyən edilmiş uyğunluq meyarlarına əməl etməməsi suallar yaradır (aktualinfo).

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin