BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8808
  • RUB
    1.9773
  • TRY
    0.0447
  • GBP
    2.1847
63346

“AFB Bank” ASC 2024-cü ili 4 milyon 578 min manat xalis mənfəətlə başa vurub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 40,2% və ya 3 milyon 74 min manat azdır. Belə ki, bank 2023-cü ili 7 milyon 652 min manat mənfəətlə başa vurmuşdu.

“AFB Bank” ASC-nin faiz gəlirlərinin dəyəri 22 milyon 472 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 1,3% və ya 305 min manat çoxdur.  Bankın qeyri-faiz gəlirlərinin dəyəri isə 9 milyon 167 min manat olub ki, bu da illik müqayisədə 12,2% və ya 1,003 milyon manat çoxdur. 

2023-cü ildə bankın qeyri-faiz gəlirlərinin dəyəri 8 milyon 164 min manat təşkil edib. 

“AFB Bank” ASC-nin faiz xərclərinin dəyəri 5 milyon 672 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 13,6% və ya 683 min manat çoxdur. Bankın qeyri-faiz xərclərinin dəyəri 20 milyon 747 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 10,7% və ya 2 milyon 5 min manat çoxdur. 

Bankın aktivlərinin həcmi 295 milyon 167 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 10,7% və ya 35 milyon 500 min manat azdır.  2023-cü ildə bankın aktivlərinin dəyəri 330 milyon 667 min manat təşkil edib. 

Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 12,8% və ya 32 milyon 48 min manat azalaraq 217,951 milyon manata düşüb. 2023-cü ildə bankın öhdəliklərinin dəyəri 249 milyon 998 min manat təşkil edib. 

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manat təşkil edir. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Toğrul Ülvi oğlu Hacıyevə məxsusdur.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı

"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu

1,5 milyon "iPhone" hava ilə köçürüldü: "Apple" Trampın rüsumlarına qarşı plan qurdu

Bu şadlıq sarayı cərimələndi

Kanada vətəndaşına məxsus şirkət Azərbaycanda fəaliyyətə başlayır

Qarabağın bu əraziləri işıqlandırılacaq - 13 milyonluq layihə

Akademiyanın avtomobilləri satışda – Qiymətlər 5 min manatdan başlayır

Bu ərazilərdə meteoroloji stansiyalar quraşdırılacaq

Keçmiş nazir müavininə məxsus olduğu deyilən şirkətə 200 minlik sifariş

Bu şirkətin 785 180 manat vergi borcu var

Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib

Sumqayıt Ağac Emalı Zavodu borclandı

Lüks avtomobil markasının rəhbəri 46 min dollarlıq "Toyota"da gəzir (FOTO/VİDEO)

Nazirlik idman zalının tikintisi üçün daha 1.6 mln. manat ayırdı

"Instagram" gizli kod funksiyasını təqdim edəcək

Rusiyadan Azərbaycana 460 kq qoruyucu gətirilib

"iPhone XX" gəlir? - "Apple"dan "iPhone"un 20 illiyi üçün iddialı planlar

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

“Topxana Layihə İnşaat” MMC-nin vergi borcu 2,6 milyona çatıb

Neftin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər?

"Atlant" İstirahət Mərkəzi müsadirə oluna bilər - Həbs qoyuldu

Çalışmanın yaş həddinə çatmış müəllimlərin əmək müqaviləsinin uzadılması şərti açıqlanıb

Bu hallarda aliment əmlaka yönləndirilə bilər

“Kapital Bank”ın Müşahidə Şurasına təyinat olub

Təyyarələrdə sərnişin məlumatları qaydaları təsdiqləndi

Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA

Mərkəzi Bank növbəti dəfə “Epul”da pozuntular aşkarladı

Azərbaycanda dövlətdən ev alanlar - Ən çox bu rayonlardadır

Azərbaycanda bu universitet cərimələndi

Azərbaycanda bu universitet cərimələndi

Mingəçevir Baytarlıq Xidmətinə yeni rəis təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin