BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63294

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “Franklin Templeton” şirkətinin baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib. Görüşdə “Franklin Templeton” ilə tərəfdaşlığın strateji əhəmiyyəti qeyd edilib və bu istiqamətdə əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli mühitin mövcud olduğu bildirilib.

1947-ci ildə ABŞ-nin Nyu-York şəhərində təsis edilmiş “Franklin Templeton” şirkətinin 2024-cü ilin sentyabrına olan məlumatına əsasən, idarəetməsində olan aktivlərin ümumi dəyəri 1,68 trilyon ABŞ dollarına bərabərdir. “Franklin Templeton” şirkətlər qrupuna səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv növlərinin idarə edilməsi üzrə ixtisaslaşmış bir sıra biznes qurumları daxildir.

Şirkətin səhmlərinin 60 faizi Nyu-York Fond Birjasında listinqdədir, qalan 40 faizi təsisçiləri olan Conson ailəsinə məxsusdur. “Forbes”in ötən ilin avqustuna olan məlumatına əsasən, Conson ailəsinin şəxsi sərvəti 10.5 milyard ABŞ dolları təşkil edir.

Şirkətin rəhbəri xanım Cenni Conson 2022-ci və 2023-cü illərdə “Forbes” jurnalının “Dünyanın 100 ən güclü qadını”, 2022-ci ildə isə “50 Over 50” siyahısında yer alıb. Həmçinin ardıcıl 5 il ABŞ-nin maliyyə sahəsində nüfuz “Barron's” nəşrinin “ABŞ-də maliyyə üzrə 100 güclü qadın” siyahısına daxil edilib.

Cenni Conson, eyni zamanda, bir sıra təşkilat və ictimai qurumların müşahidə və məşvərət şuralarında təmsil olunur. Belə ki, o Sinqapur Mərkəzi Bankının Beynəlxalq Məşvərət Panelinin, Nyu-York Fond Birjasının Məşvərət Şurasının, “Memorial Sloan Kettering” xərçəng xəstəlikləri fondunun, “Thermo Fisher Scientific” və digər ictimai təşkilatların müşahidə şuralarının üzvüdür.

Qeyd edək ki, hazırda “Franklin Templeton” şirkəti ilə Azərbaycanın Dövlət Neft Fondu arasında qarşılıqlı fayda əsasında uzunmüddətli tərəfdaşlığın yaradılması məqsədilə ilkin addımlar atılıb və strateji istiqamətlərdə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları araşdırılır.

Bununla əlaqədar şirkət rəhbərliyi ilə sıx münasibətlər qurulub, mütəmadi olaraq danışıqlar və görüşlər keçirilir. Məsələn, Səudiyyə Ərəbistanında şirkətin baş icraçı direktoru və prezidenti Cenni Consonla görüşdə əməkdaşlıq perspektivləri və müxtəlif imkanlar müzakirə edilib. 

Eyni zamanda, Cenni Consonun başçılıq etdiyi nümayəndə heyətinin COP29 tədbirlərində iştirakı çərçivəsində Azərbaycanın Dövlət Neft Fondunun rəhbərliyi ilə bir sıra görüşləri olub, müzakirələr aparılıb.

©azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Azərsun Holding”in departamentinə yeni rəhbər təyin edildi

20-dən çox sərnişin təyyarədəki nasazlığa görə Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib

“Dokta” şirkəti reseptsiz dərman satır?

Sloveniyanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Xidmətlər zərfində ilkin tibbi xidmətlərin sayı artırılacaq

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

ABŞ-də qəzaya düşən təyyarənin “qara qutu”su tapıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin