BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63271

“Bu gün Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin ilk 11 ayında ölkə üzrə orta aylıq əmək haqqı 8.0 faiz artaraq 996.8 manata çatıb. Bu isə o deməkdir ki, ötən ilin yekun əmək haqqı artımının təxminən 8.0 faiz olacağı gözlənilir. “Əmək Pensiyaları” haqqına Qanuna əsasən isə bütün növ əmək pensiyaları əvvəlki ildə orta aylıq maaşdakı artım faizinə indeksasiya olunaraq artırılır”.

Valyuta.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat bildirib ki, indeksləşdirmə nəticəsində 1 milyon 100 min vətəndaşımızın pensiyalarında artımlar olacaq. Bu artımların ödənilməsi məqsədlə əlavə təxminən yarım milyard manat vəsait nəzərdə tutulub:

İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq.

Qanunvericiliyə əsasən, indeksləşdirmə əvvəlki ilin göstəricisinə uyğunlaşdırıldığına görə 2024-cü ilin dekabrın 31-i daxil olmaqla ötən il pensiya hüququ qazanan bütün vətəndaşların pensiyaları artırılacaq. Belə ki, orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğ artırlır”.

“2024-cü ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq” – deyə, V.Bayramov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin