BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
63253

"Azərbaycan Sənaye Bankı" (ASB) 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Valyuta.az banka istinadən xəbər verir ki, ötən il ASB-nin xalis mənfəəti 2023-cü illə müqayisədə 26% və ya 1,33 milyon manat artaraq 6,45 milyon manat təşkil edib. 2023-cü ildə bank 5,12 milyon manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 8.6% artaraq 36,04 milyon manat, faiz xərcləri isə 6.8% artaraq 28,27 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 15,77 milyon manat (illik müqayisədə 28% çox), qeyri-faiz xərcləri isə 25,83 milyon manata (illik müqayisədə 16.6% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 7,72 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 23.6% çoxdur.

Ötən il bankın aktivləri 4% və ya 30 milyon manat artaraq 779,25 milyon manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 15.5% və ya 39.7 milyon manat artaraq 296,18 milyon manata çatıb.

Bu dövrdə "Azərbaycan Sənaye Bankı"nın cəmi öhdəlikləri 658,38 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3.7% və ya 23.5 milyon manat çoxdur. Hesabat dövründə bankın depozit portfeli də 1.6% və ya 7.3 milyon manat artaraq 465,91 milyon manata yüksəlib.

Fiziki şəxslərin depozitləri əvvəlki illə müqayisədə 5.5% və ya 17.1 milyon manat azalaraq 293,04 milyon manat, hüquqi şəxslərin depozitləri isə 16.4% və ya 24.4 milyon manat artaraq 172,87 milyon manat təşkil edib.

2025-ci il yanvar ayının 1-nə ASB-nin cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.7% və ya 6,55 milyon manat artaraq 120,87 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

"BP"nin qrantları ilə enerji laboratoriyası qurulacaq

“Xeyli miqdar”, “külli miqdar” və “xüsusilə külli miqdar” – Cərimələr nə qədərdi? -SƏHƏR OXUSU

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin