BAKU Azərbaycan
11.01°C
  • USD
    1.7
  • EUR
    1.8526
  • RUB
    1.9891
  • TRY
    0.0465
  • GBP
    2.1968
63171

Nazilər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli (VTC) dərəcələrini təsdiq edib. Minimum əmək haqqının bu ilin yanvarın 1-dən etibarın 400 manata çatdırılması ilə bağlı olaraq VTC pilləri üzrə də maaş artımları həyata keçirilib. Bununla da həmin vətəndaşların aylıq tarif (vəzifə) maaşları artırılıb.

Valyuta.az xəbər verir ki, iqtisadşı deputat Vüqar Bayramov məsələni şərh edib.

“Son qərara əsasən, dövlət idarələrində çalışan və dövlət qulluqçusu olmayan vətəndaşlarımız üçün yeni aylıq vəzifə maaş məbləğləri müəyyənləşib: 1-ci pillə üzrə maaşlar 345 manatdan 400 manata, 2-ci üzrə 359 manat 416 manata, 3-cü üzrə 371 manatdan 433 manata, 4-cü üzrə 389 manatdan 450 manata, 5-cü üzrə 406 manatdan 470 manata, 6-cı üzrə 422 manatdan 490 manata, 7-cü üzrə 441 manatdan 510 manata, 8-cü üzrə 458 manatdan 530 manata, 9-cü üzrə 478 manatdan 550 manata, 10-cü üzrə 497 manatdan 575 manata, 11-cü üzrə 518 manatdan 600 manata, 12-cü üzrə 538 manatdan 625 manata, 13-cü üzrə 560 manatdan 650 manata, 14-cü üzrə 584 manatdan 675 manata, 15-cü üzrə 607 manatdan 700 manata, 16-cı üzrə 632 manatdan 730 manata, 17-cü üzrə 694 manatadan 760 manata, 18-cü üzrə 833 manatdan 870 manata və nəhayət sonuncu pillə üzrə 1125 manatdan 1150 manatadək artırılıb.

Göründüyü kimi, dövlət idarələrində çalışıb VTC-nin ilk pillələri üzrə maaş alan vətəndaşlarımızın maaşları orta hesabla 15 faiz artılıb. Aşağı pillələrdə daha yüksək əmək haqqı artımlarının həyata keçirilməsi VTC-də pillələrarası maaş fərqlərini də xeyili dərəcədə azaldıb”.

V.Bayramovun sözlərinə görə, yeni qərarla 400 mindən artıq vətəndaşın maaşları artırılıb.

“Qeyd edək ki, minimum əmək haqqının artırılması ilə bağlı olaraq mövcud qanunvericiliyə əsasən, Nazirlər Kabineti də həmin vətəndaşlarımızın əmək haqlarının artırılması ilə bağlı qərar verir. Bu artımlar da yanvarın 1-dən hesablanacaq. Yəni, həmin vətəndaşlarımız artıq yanvar ayının maaşını artırılmış məbləğlə alacaqlar”, - deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" "iPhone 17"nin istehsalına başladı

"Apple" süni intellekt uğursuzluğuna görə istifadəçilərin etibarını itirir

Benedetto Viqna: "Biz Trampın tariflərinə hazırıq"

Bu şirkətin 100 min manatdan artıq vergi borcu var

Şirkətlərin müflisləşməsi nədir və nə zaman baş verir?

İT nəhəngləri dünyanın nüvə enerjisinin səmərəliliyini artırmaq istəyir

Asiya aviaşirkətləri göyərtədə enerji banklarını qadağan etdi

"Toyota" "FT-Me" modelini təqdim edib - XÜSUSİYYƏTLƏRİ

DGK-nın qurumu 16 min manatlıq bayraq alır

"TikTok" yeniyetmələrə gecələr video izləməyi qadağan edəcək

Donatella Versace 28 ildən sonra vəzifəsindən ayrıldı

Əhməd Vəliyevin ləğv edilmiş bankının dövlətə nə qədər borcu var?

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış etdi (YENİLƏNİB)

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

“Yelo Bank”ın filial müdiri müştərini döyüb? - Açıqlama, Yenilənib

Fidyə nə qədər olmalıdır? - MƏBLƏĞ

Bu 10 üsulla pul yığma işiniz asanlaşacaq

Ən çox şikayət olunan 3 bank açıqlandı - SİYAHI

“Azercell"də rəhbər vəzifəyə yeni təyinat

21 yaşlı gəncin qurduğu şirkət ABŞ ordusu ilə müqavilə bağlayıb - Silah fabriki yaradılır

Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib

Taksidə əlavə ödəniş tələbi qadağan edildi

Baş nazirdən Avtovağzalla bağlı QƏRAR

Məktəb ləvazimatları satan vergi ödəyicisinin gəlirdən çıxılan xərcləri

“Leobank” kartlarından nağdlaşdırma tarifləri artırıldı

Nazirlər Kabineti aviasiya sahəsində daha bir qaydanı təsdiq edib

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

Ədliyyə Nazirliyi “BMW”lərini nazirin şirkətinə təmir etdirir

“S&P”: Azərbaycan və region ölkələrinə Rusiyadan pul köçürmələri azalacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin