BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7739
  • RUB
    1.7487
  • TRY
    0.0475
  • GBP
    2.1158
63074

İrandan idxal olunan 20 tona yaxın məhsulda GMO aşkarlanıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib ki, aparılan son nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubov tərəfindən İran İslam Respublikasından idxal edilən “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (07.11.2024-cü il istehsal tarixli, 06.11.2025-ci il son istifadə tarixli, 312 partiya nömrəli) ümumi çəkisi 7 min 312 kiloqram “Nadi Sapaka” əmtəə nişanlı kreker, “Ramamehr Arya Co” şirkətinin istehsalı olan (12.10.2024-cü il istehsal tarixli, 17.07.2025-ci il son istifadə tarixli, “A” partiya nömrəli) ümumi çəkisi 886,76 kiloqram “Lucy Snack” əmtəə nişanlı qarğıdalı çubuqları, “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (26.09.2024-cü il istehsal tarixli, 25.09.2025-ci il son istifadə tarixli, 270 partiya nömrəli) ümumi çəkisi 824,64 kiloqram “Nadi” əmtəə nişanlı kreker, “Amadeh Laziz” şirkətinin istehsalı olan (06.07.2024-cü il istehsal tarixli, 05.07.2025-ci il son istifadə tarixli, 0142 partiya nömrəli) ümumi çəkisi 10 min 400 kiloqram “Elit” əmtəə nişanlı hazır şorba (makaron şorbası) məhsulu partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb.

Bundan əlavə, İrandan fiziki şəxs Fərhad Dünyamalıyev tərəfindən idxal edilən “Tak Parsan Qida Sənaye” şirkətinin istehsalı olan (23.11.2024-cü il istehsal tarixli, 23.11.2025-ci il son istifadə tarixli, İAGL 0903 partiya nömrəli) ümumi çəkisi 5 min 126 kiloqram “Croissant Mr Cake” əmtəə nişanlı unlu qənnadı məhsulu (kruassan) partiyasından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticələrinə əsasən, həmin məhsullarda da GMO aşkarlanıb.

“AQTA ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağan olunan GMO-lu məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da genişləndirib. Bu sahədə hazırda davam etdirilən yoxlama-nəzarət tədbirlərinin nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcək”, - deyə AQTA-nın məlumatında bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"DanTreyd" MMC inzibati xəta törədib

Bu sahəyə ötən il 2 trilyon dollar investisiya yatırılıb

"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq

"Meta"nın 21% artan gəliri - Hesabat

"Meta"nın 21% artan gəliri - Hesabat

NASA-nın yeni X təyyarəsi tarix yazmağa hazırlaşır

Azərbaycanlı biznesmen qəfil vəfat etdi

"Honda" və "Nissan" güc itirir - Birləşmə qaçılmaz oldu

Dövlət Məşğulluq Agentliyi 1,5 milyona ofis icarəyə götürür

"Zeytun Pharmaceuticals" ticarət qaydalarını pozub

Yapon nəhəngi Amerikada ixtisarlara hazırlaşır

"WhatsApp" istifadəçilərinin nəzərinə: "Bir dəfə baxış" funksiyasında xəta aşkarlandı

"Toyota" ardıcıl beş il ən çox satılan avtomobil markası oldu

Bu yaz ziyarət etməyə dəyər 4 Avropa şəhəri - Orta əsr memarlığı və sakit küçələr

Minatəmizləmə Agentliyi 5 milyon manatlıq müqavilə bağlayır

Mərkəzi Bank “Bertrand” şirkətini nədə ittiham edir?

Avrozonada işsizlik səviyyəsi yüksəlir

"Meta" və "Microsoft" CEO-larından iddialı süni intellekt açıqlamaları

"RRR" Mənzil-Tikinti Kooperativi inzibati xəta törədib

DGK bu şirkəti inzibati məsuliyyətə cəlb etdi

"iPhone" 17 nə vaxt çıxacaq və qiymətlər necə olacaq?

"Shell" IV rüb hesabatını açıqladı

İtaliya-Azərbaycan Universitetində yeni ixtisaslar yaradıldı

Bu ərazilərdən idxala müvəqqəti məhdudiyyət qoyuldu

Azərbaycanda karqo şirkəti ləğv olunur

Azərbaycanda karqo şirkəti ləğv olunur

Rusiya banklarından rekord xalis mənfəət - 1,2 trilyon dividend paylanacaq

Azərbaycanda su təchizatı infrastrukturunun təkmilləşdirilməsinə başlanılacaq

Məcburi köçkünlərlə bağlı 3,6 milyonluq layihə

Şaftalı bağlarının sığortasına başlanıldı

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

“Binance”ın CEO-su Riçard Tenq: “Kripto sənayesinə daxil olmaq hələ də gec deyil”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin