BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9359
  • RUB
    2.0852
  • TRY
    0.0444
  • GBP
    2.2618
62949

Dünyaca məşhur yapon avtomobil nəhəngi “Toyota”  köhnə bir avtomobil fabriki ərazisində gələcəyin texnologiyalarının yaradılması məqsədilə inşa etdiyi “Woven City”nin ilk mərhələsinin tamamlandığını açıqlayıb.

Valyuta.az xəbər verir ki, dünyanın ilk "gələcəyin şəhəri" kimi təsvir edilən və “Toyota” tərəfindən inkişaf etdirilən “Woven City” Yaponiyanın Fuji dağının ətəyində ucalır. Hidrogen enerjisi, süni intellekt və qabaqcıl texnologiyalarla təchiz edilmiş bu qeyri-adi şəhər ilk sakinlərini qarşılamaq üçün günləri sayır. 10 milyard dollar dəyərində inşa edilən şəhərdə yaşayacaq sakinlərin kiraya pul ödəməyəcəyi bildirilib və layihə çərçivəsində gələcəyin texnologiyalarını inkişaf etdirmək hədəflənir.


10 MİLYARD DOLLARLIQ LAYİHƏ

2020-ci ildə elan edilən və 2021-ci ildə inşasına başlanan layihə 10 milyard dollarlıq investisiya ilə həyata keçirilib. Hidrogen yanacaq elementləri ilə təchiz edilmiş bu tam əlaqəli ekosistem innovasiya və davamlılıq məqsədləri nəzərə alınmaqla hazırlanıb. Bu şəhər gələcək texnologiyaların hazırlanması üçün laboratoriya rolunu oynayacaq.


İLK SAKİNLƏR ÜÇÜN GERİ SAYIM

Şəhər ilk mərhələdə qapılarını 100 nəfərə açmağa hazırlaşır. Burada pulsuz yaşayacaq sakinlər, təcrübə layihələrində iştirak edərək gələcəyin texnologiyalarına töhfə verəcək. Gələcəkdə ailələr və ev heyvanları ilə birlikdə bu say 2 min 200 nəfərə qədər artacaq.

ŞƏHƏRDƏ NƏ VAR?

Las-Veqasda keçirilən CES 2025 sərgisində təqdim edilən layihədə sakinlərin həyatını asanlaşdıracaq bir çox yeniliklər təqdim edilib:

-    Gecələr evə gedən səyahəti müşayiət edən dronlar, 
-    Yaşlılara dəstək olacaq süni zəka ilə işləyən evcil heyvanlar və gündəlik işləri idarə edəcək innovativ həllər.
Bundan əlavə, şəhərdə 300-dən çox avtomatik uçuş həyata keçirən uçan taksilər və avtonom idarəetmə sistemləri də sınaqdan keçiriləcək.

"CANLI LABORATORİYA"

Layihə yalnız bir yaşayış məntəqəsi deyil, eyni zamanda yaradıcı fikirlərin sərbəst şəkildə test edilə biləcəyi bir innovasiya mərkəzi kimi təqdim olunur. Şəhərdə yaşayanlar texnologiyanın gündəlik həyatla birləşdiyi unikal bir ekosistemin hissəsi olacaqlar.

İLK SAKİNLƏRƏ ÖZƏL ÜNVAN – "TOXUCULAR" ŞƏHƏRİ

Şəhərin ilk sakinləri, “Toyota”nın keçmişdə toxuma dəzgahı istehsal edən bir şirkət olaraq qurulmasına işarə edilərək "Toxucular" adlandırılacaq.

“Toyota” CEO-su Akio Toyoda, şəhərin maddi qazanc əldə etməsini gözləmədiyini, lakin gələcəyin texnologiyalarının çıxacağı bir inkubasiya mərkəzi ola biləcəyini ifadə etdi.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AQTA 44 min manatlıq lisenziya alır

Tarladan sərvət çıxdı: 150 ton qızıl tapıldı - 4 milyardlıq kəşf

"Alphabet"in gəliri artdı, "Intel"in zərəri böyüdü - HESABAT

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub

Azərbaycanda “Nəqliyyat haqqında” qanun dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam edildi - Foto

Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

Prezident Anar Quliyevə yeni vəzifə verdi

Müştərilərinə ən çox ödəniş edən sığorta şirkətləri - RENKİNQ

Kiloqramı 27 manata - Mavi pendir aldığımız ölkələr

Azərbaycanın ən bahalı bazarı bu rayondadır

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

Bu kollecdə rəhbər vəzifələrə yeni TƏYİNATLAR

“Qala Sığorta”da geriləmə - yığımları 2,6 mln. manat azalıb

Kapital Bank istifadəçiləri diqqətli olmağa çağırır: Lisenziyasız proqramlardan istifadə təhlükəlidir®

Böyük maya qoyulan “CFI Financial” artıq pozuntulara yol verməyə başlayıb

“PAŞA Kapital”da növbəti pozuntu - AMB vəzifəli şəxsini yenə cərimələdi

İş adamı satdığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır

“Azərenerji”yə əlavə 700 milyon maya qoyuldu

Hansı ayda məzuniyyətə çıxmaq daha sərfəlidir?

"Azergold" 12 milyona nə iş görəcək?

Hansı şirkət daha çox sığorta haqqı yığıb? - RENKİNQ

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Birbank Private xidmət şəbəkəsini genişləndirir®

Əczaçılıq məhsullarının idxalında tonluq azalma

"Apple" ABŞ bazarı üçün bütün "iPhone"ların yığılmasını Hindistana köçürməyi planlaşdırır

Ləğv prosesində olan daha iki bankın əmlakı satışa çıxarılır

Kapital Bank-ın dəstəyi ilə keçirilən Beynəlxalq Autizm festivalı başa çatdı®

Yeni tibb kollecləri açılacaq - Bu ərazilərdə

Büdcə vəsaitlərinin depozit kimi banklarda yerləşdirilməsi nədən xəbər verir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin