BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62464

2024-cü il Azərbaycan üçün mühüm hadisələr və yeniliklərlə yadda qalıb. İqtisadi artım tempinin yüksəlməsi, qeyri-neft sektorunun inkişafı, investisiya fəallığının artması və müxtəlif sahələrdə dinamika ölkənin ümumi iqtisadi vəziyyətinə təsir edib. Bəs qarşıdan gələn 2025-ci il ölkəmiz üçün nə vəd edir? 

İqtisadçı Eyyub Kərimli 2025-ci ilin ölkəmiz üçün bol iqtisadi qazanclar ili olacağı qənaətindədir: “2025-ci il üçün bizi həm dünya, həm də Azərbaycan iqtisadiyyatı ilə bağlı nikbin proqnozlar gözləyir. İstər xarici, istərsə də ölkədaxili maliyyə qurumlarının proqnozlarına görə, 2025-ci ildə iqtisadiyyatımızda 4-5 faiz artım gözlənilir. Orta əməkhaqqı və təqaüdlərin artımı da proqnozlaşdırılır. Manatın məzənnəsinin gələn il də sabit qalacağı ilə bağlı proqnozlar söyləyə bilərik. Çünki hazırda valyuta ehtiyatlarımız kifayət qədərdir. Gələcək dövr üçün bu ehtiyatlar daha da artacaq. Həmçinin təqaüd və əməkhaqlarının 11 faiz artımı onu deməyə əsas verir ki, ölkəmizdə makro-iqtisadi göstəricilər sabit olacaq. Bunun nəticəsində müəyyən sahələrdə artımlar müşahidə ediləcək”.

 Yaşıl enerjiyə keçid sürətlənəcək

E.Kərimlinin sözlərinə görə, gələn il üçün gözlənilən addımlardan biri iqtisadiyyatın transformasiyasıdır: “Yaşıl enerjiyə keçidin daha da sürətlənməsi gözlənilir. 2025-ci ildə bu istiqamətdə yatırılan investisiyalar artacaq. Beləliklə, yeni iş yerləri yaradılacaq. Yaşıl enerjiyə keçidlə texnoloji yeniliklər gözlənilir. Yeni ixtisaslaşmış kadrlar üçün iş yerlərinin sayı artacaq. Ölkəmizdə yüksək ixtisaslı kadr ehtiyacı yaranacaq”. 

İqtisadçı düşünür ki, üzümüzə gələn il dünyada gedən siyasi proseslərin sabitləşməsi də baş verəcək: “Rusiya və Ukrayna müharibəsi sakitləşə bilər. Beləliklə, ölkələr iqtisadi cəhətdən inkişaf edəcək. Dünya iqtisadiyyatında sabitləşmə və müsbət iqtisadi dinamika müşahidə ediləcək. Bu proseslər ölkəmiz üçün də iqtisadi baxımdan faydalı olacaq”.

Əmlak bazarı canlanacaq

Daşınmaz əmlak bazarına gəldikdə isə, əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirdi ki, bu bazar gələn il xeyli canlanacaq: “Son bir ildir daşınmaz əmlak sektorunda kəskin qiymət artımları dayanıb. 2025-ilin birinci yarısı üçün də bu tendensiya davam edəcək. Gələn ilin ikinci yarısında Bakıda tikinti şirkətlərinin aktivliyinin artacağı proqnozlaşdırlır. Bunun da səbəbi Bakının Baş planına əsasən, köhnə tikililərin sökülməsi, əvəzinə yeni çoxmənzilli binaların tikiləcək olmasıdır. Əmlak qiymətlərində bir az da stabilləşmə olacaq. Binalar tikildikcə, bazardakı mənzil qıtlığı da aradan qalxacaq. Qiymət artımlarında balans yaranacağı gözlənilir. Buna qədər qiymətlərdə təxminən 5-10 faiz bahalaşma müşahidə edilə bilər. İnşaat materiallarının qiymətində isə ciddi dəyişiklik gözlənilmir. Kirayə qiymətləri ilə bağlı isə hazırkı halda fikir söyləmək çox çətindir”.

Qaz hasilatında artım, ixracında sabitlik gözlənilir 

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, 2025-ci il üçün həm neft hasilatımız, həm də neft satışımızla bağlı pozitiv proqnozlar söyləmək çətindir: “Növbəti ildə neft qiymətləri barel hesabı ilə 70-75 dollar dəhlizində dəyişəcək. Azərbaycana məxsus Azeri Light və BTC Brent markalı ixrac neftinin qiymətləri Liviya, Nigeriyaya məxsus yüngül neft markalarının, eləcə də ABŞ-yə məxsus WTI markalı neftin Aralıq dənizi enerji bazarlarına daxil olacaq ixrac həcmlərindən asılı olacaq. Növbəti ildə Azərbaycanda neft hasilatında təbii azalma müşahidə ediləcək”.

Z.Vəliyevin fikrincə, 2025-ci ildə qlobal qaz bazarında baş verəcək dəyişikliklər, neft bazarlarından fərqli olacaq: “Belə ki, Rusiya qazının Ukrayna üzərindən tranzitini nəzərdə tutan sazişin 2025-ci ilin yanvar ayının 1-dən etibarən başa çatması qlobal qaz balansına mənfi təsir göstərəcək. Bu, həm Avropa, həm də Asiya qaz bazarlarında qiymət artımına səbəb olacaq. Növbəti ildə Azərbaycanda qaz hasilatında artım, qaz ixracında sabitlik müşahidə ediləcək”.

Qeyri-neft sektorunun ixrac payı artacaq

İqtisadçı Eyyub Kərimli kənd təsərrüfatında baş verəcək yeniliklərə də toxundu: “Gələn il kənd təsərrüfatı məhsullarının idxal və ixrac əməliyyatlarında da artımlar gözlənilir. Xüsusən, qeyri-neft sektorunun ixracında artımlar olacağını söyləmək mümkündür. Çünki bu sahəyə diqqət ildən-ilə artır. Beləliklə, kənd təsərrüfatı sahəsi də inkişaf etmiş olacaq. Kənd təsərrüfatı sahəsində məşğulluğun səviyyəsi də artacaq. Bu da regionların inkişafına öz töhfəsini verəcək. Ölkəmizin nəqliyyat-logistika imkanları genişlənir. Bu, əlavə valyuta ehtiyatlarının yaradılmasına öz müsbət təsirlərini göstərəcək”.

E.Kərimli bildirdi ki, gələn il üçün iqtisadiyyatımızın əsas inkişafı işğaldan azad edilmiş ərazilərlə bağlı olacaq: “Hazırda Qarabağ iqtisadi regionunda məskunlaşma işləri həyata keçirilir. Bu proses gələn il də davam edəcək. Bu da sözsüz ki, ölkə iqtisadiyyatına güclü təsir göstərəcək. İqtisadiyyatımıza yeni nəfəs gələcək. Çünki həmin bölgələrdə yeni iş yerlərinin açılması, həm də yeni biznes mühitinin formalaşması ölkə iqtisadiyyatını aktivləşdirəcək”.

Kaspi.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Həm yerdə, həm də havada: Unikal elektromobil yaradıldı

Çin kriptovalyutalarla bağlı yeni məhdudiyyətlər tətbiq edib

Çin Avropanı "məhv edir": Dünyanın ən uğurlu avtomobil markaları

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

Qızılın bahalaşması fonunda "Rolex"dəki qiymət artımları - "CNN"

"Tesla"nın Çin satışları rekord qırıb

Nə Roma, nə Milan: 2025-ci ildə İtaliyada mütləq ziyarət edilməli 5 məkan

Bələdiyyələrin 6 milyon manat borcu var: kim ödəyəcək?

Azərbaycanda istehsal edilən kompüterlərin sayı

"Apple" "Siri" istifadəçilərinə 95 milyon dollar təzminat ödəyəcək

Azərbaycanda ötən il avtobuslarla sərnişindaşımaları artıb

Bu gündən Bakının 2 rayonunda suyun verilməsində fasilə yaranacaq

Avropada qazın qiyməti 14 ayın zirvəsində - "The Guardian"

Bayden 14,9 milyard dollarlıq satışı əngəllədi

Çin dünyanın ən böyük hidroakkumulyasiya elektrik stansiyasını istismara verdi

Bölgələrdə 15 dərəcə isti, dağlarda 10 dərəcə şaxta...

Azərbaycanda qazın yeni qiymətinin tətbiqinə start verilib

Kimlərin gəlirinin 75 faizi vergidən azad edilir? - AÇIQLAMA

Türkiyədə ötən il üçün inflyasiya rəqəmləri açıqlanıb

Musk xeyriyyə təşkilatına 108 milyon dollar bağışlayıb

Neftimizin qiyməti 78 dolları ötüb

Gələn həftə bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayır

ABŞ Dövlət Departamenti Yaponiyaya 3.64 milyard dollarlıq raket satışını təsdiqləyib

Bəzi plastik cərrahların sənədləri saxtadır -Nazirlikdən xəbərdarlıq

Saylor "Bitcoin"lə bağlı yeni proqnozlarını açıqladı - 13 milyon dollara çata bilər

Dünyanın ən etibarlı avtomobil markaları -SƏHƏR OXUSU

Dünyanın ən etibarlı avtomobil markaları -SƏHƏR OXUSU

"Cardano"nun təsisçisi bu altkoinin gələcəyi haqqında danışıb

"Cardano"nun təsisçisi bu altkoinin gələcəyi haqqında danışıb

İsveçrədə "Bitcoin" üçün referendum planı - Hədəf 100 min imza

Azərbaycanda gübrə istehsalı 50%-ə yaxın artıb

"Nvidia"nın milyarderləri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin