BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.9122
  • RUB
    2.1087
  • TRY
    0.0438
  • GBP
    2.273
62000

Pekin ABŞ hökumətinin Çin çip sənayesi ilə bağlı sənaye siyasəti və praktikalarına dair təhqiqat başlatması qərarına sərt reaksiya göstərib. 

Valyuta.az xəbər verir ki, Çin Ticarət Nazirliyi bu addımın yalnız qlobal sənaye və təchizat zəncirlərini pozmayacağını, həm də ABŞ şirkətləri və istehlakçılarının maraqlarına zərər verəcəyini bəyan edib.

Çin: "Haqlarımızı qorumaq üçün tədbir alacağıq"

Pekin tərəfindən verilən açıqlamada ABŞ-ın Çin çip sənayesini dövlət dəstəyi ilə gücləndirərək qlobal bazarda üstünlük əldə etməyə çalışdığı iddiaları rədd edilib. Əksinə, Vaşinqtonun "Çip və Elm Qanunu" kimi təşəbbüslərlə öz yerli çip sənayesinə böyük subsidiya təmin etdiyi vurğulanıb.

Açıqlamada həmçinin ABŞ çip istehsalçılarının qlobal bazarın təxminən 50%-ni nəzarətdə saxladığı və Çinin ABŞ-a çip ixracının ABŞ-ın Çinə ixracından daha az olduğu xatırladılıb. Pekin ABŞ-a beynəlxalq ticarət qaydalarına hörmət etməyi və yanlış siyasətinə dərhal son verməyi çağırıb. Çin hökuməti isə öz haqlarını və maraqlarını qorumaq üçün lazım olan bütün tədbirləri görəcəyini bəyan edib.

ABŞ: "Çin rəqabətə zidd siyasətlər yürüdür"

ABŞ Ticarət Nümayəndəliyinin (USTR) verdiyi açıqlamaya görə, təhqiqat Çinin yarımkeçirici sənayesində tətbiq etdiyi yerli və qlobal bazarları nəzarət altına almağa yönəlmiş siyasət və praktikalara yönəlib. USTR Çin hökumətinin özünü təmin etmə və yerliləşdirmə hədəflərinə nail olmaq üçün rəqabətə zidd və bazardan kənar metodlardan istifadə etdiyini iddia edib.

Təhqiqatın istiqamətləri

1974-cü il tarixli ABŞ Ticarət Qanununun 301-ci bölümü çərçivəsində başlanan bu təhqiqatın ilkin mərhələdə Çin çip sənayesində aşağıdakı sahələrə fokuslanacağı bildirilib:

* Müdafiə, avtomobil sənayesi, tibbi cihazlar, aviasiya və telekommunikasiya sahələrində istifadə edilən yarımkeçiricilər;
* Elektrik enerjisi istehsalı və elektrik şəbəkələrində istifadə edilən komponentlər;
* Silisyum karbid alt təbəqələrin istehsalı.

301-ci bölmə ABŞ prezidentinə, beynəlxalq qanun pozuntusu səbəbindən xarici hökumətin siyasət və ya praktikalarına cavab olaraq tariflər və digər sanksiyalar tətbiq etmək səlahiyyəti verir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AFB Bank-dan Mikro və Aqro sahibkarlara xüsusi dəstək krediti®

660 min manat vergi borcu olan hospital kimindir?

Xidmət rəhbəri: Xəzər dənizinin səviyyəsi növbəti 10-15 ildə azalacaq

Ağstafada yarım milyonluq abadlıq

Buna əməl etməyən şəxslər 1000 manatadək cərimələnəcəklər

Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib

Prezident “Mediasiya haqqında” qanuna dəyişiklikləri təsdiqlədi

Almaniyada iqtisadi böhran dərinləşir: "İllərdir real qərarlardan qaçırıq

Geyim idxalında gəlirlər 30 milyonu keçdi

Bakının bu ərazisində yeni bulvar salınır - FOTO

Prezidentdən sabiq icra başçısı ilə bağlı SƏRƏNCAM

Nazirliyin işçilərinin sayı artırıldı

Rza Vəzirinin Gədəbəydəki qızıl mədəni şirkəti 21 milyon dollar zərər etdi

Prezident onları təltif etdi - Sərəncam

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

İcra başçısı məktəb müəllimini özünə müavin təyin etdi

Gürcü bankı ruslara dünyanın dəbdəbəli mağazalarında alış-verişi qadağan etdi

Ən sürətli internetə sahib şəhərlər açıqlandı - Bakı neçənci yerdədir?

Azərbaycanda "coworking" məkanı açmaq üçün nə qədər maliyyə lazımdır?

"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq

"Apple" iki məşhur "iPhone" modelinin təmirindən imtina edəcək

Prezidentdən yüksək vəzifəyə TƏYİNAT - FOTO

Sabah 31 dərəcə isti olacaq

Nikah üçün yeni qayda - Bu tarixdən başlanır

Ardıcıl 4 gün iş olmayacaq - Tarixlər

Metroda hərəkət invervalında dəyişiklik edildi

Daha az məhsulla daha çox satış etmək olarmı?

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin səlahiyyətləri azaldıldı

Şeyxin yeni müavini təyin edildi

Milli Depozit Mərkəzi ilk dəfə olaraq səhmlər üzrə dividend ödənişlərini həyata keçirib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin