BAKU Azərbaycan
13.03°C
  • USD
    1.7
  • EUR
    1.867
  • RUB
    2.0104
  • TRY
    0.0447
  • GBP
    2.1932
61887

Ötən həftə ABŞ Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin bu ilin son toplantısında uçot dərəcələrini növbəti dəfə 0.25% endirdi. Lakin toplantı sonra FED sədri Cerom Pavelin şahin tonlu çıxışı fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. EURUSD, GBPUSD valyuta cütlükləri 1.0340 və 1.2470 səviyyələrinə qədər ucuzlaşıb, USDJPY, USDCHF məznnələri isə 157.920 və 0.90200 hədlərinə kimi bahalaşıb. Qızılın qiyməti isə 2726$ həddini test etdikdən sonra 2583$ həddinə qədər kəskin geriləyib.

Bundan başqa Amerikada açıqlanan ÜDM hesabatı və şəxsi xərclərə dair statistik inflyasiya rəqəmləri də dolların birjalardakı qiymətlərinə dəstək oldu.

Ötən həftə, həmçinin, İngiltərə Bankı (BoC) və Yaponiya Bankı da faiz dərəcəsi ilə bağlı qərarlarını açıqladılar. Hər iki tənzimləyici qurum uçot dərəcəsini sabit saxladı.

Miladla əlaqədar qısa olacaq cari ticarət həftəsində isə Amerikada açıqlanacaq “Conference Board” İstehlakçıların İnam İndeksi, İngiltərə və Kanadada dərc olunacaq ÜDM hesabatları, Yaponiya Mərkəzi Bankı (BoJ) tərəfindən yayımlanacaq İstehlak Qiymətlərinin Baza İndeksi və Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı birjaların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftə FED-in faiz qərarı sonrası 1.0340 səviyyəsinə qədər kəskin ucuzlaşan EURUSD məzənnəsi hazırda 1.0440 səviyyəsində ticarət olunur. “Ayılar” qiyməti 1.06$ həddinin altında qoruyub saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

GBP

Keçən həftəyə 1.2610 səviyyəsində başlayan GBPUSD məzənnəsi 1.2470 həddini test etdikdən sonra, buradan dəstək taparaq bir qədər bahalaşdı və həftəni 1.2570 səviyyəsində tamamladı.

Bu həftə isə İngiltərədə dərc olunacaq ÜDM hesabatı birjalarda funt-sterlinqin qiymətlərinə yön verəcək.

GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.27$ həddinin altında saxlaya bilsələr, eniş tendensiyası davam edə bilər.

XAUUSD

Son həftələrdə üfüqi dalğalanma sərgiləyən qızıl ötən həftə 2583$-a kimi ucuzlaşdı. Daha sonra bu səviyyədən dəstək tapan “sarı metal” 2631$-a kimi bahalaşdı. Hazırda 2627$-dan ticarət olunan qızılda mümkün eniş ssenarisində qarşıda duran əsas dəstək həddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dövlət qurumu 58 min manatlıq jurnal alır

Şimal Buzlu okeanından mənfi acı rekord: Qorxulu göstəricilər açıqlandı

Dünyanın nəhəng şirkətləri 1 həftədə 1,86 trilyon dollar itirdi

“MECC” MMC-nin külli miqdarda vergi borcu yaranıb

“Evakuator.Az”ın rəhbəri cərimələndi, məhkəmə qərarı ləğv etdi

"Goldman Sachs"dan xəbərdarlıq: Neft qiymətləri daha da enə bilər

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Azərbaycanda biznesin rəqabət problemi - Haradan başlamaq lazımdır?

Xaricdən gələn yükün plombunu qopardı - “Saloğlu Fərdi” firması cərimələndi

"Samsung" birinci rübdə gözləntiləri üstələdi

Məşhur Çin şirkətinə istehsalı ölkədən çıxarmaq qadağan edildi

Kəmaləddin Heydərovun oğlanlarının Londondakı son şirkəti də ləğv olunur

8 manata alıb 5 dəfə ucuz satmışıq - 1 manat 67 qəpikdən

"iPhone"un yaradıcısı "OpenAI"ın rəhbəri ilə birləşdi - Yeni cihaz gəlir

Nazirliyin 300 minlik tenderi ləğv edildi

Kolizeyə bilet satışında manipulyasiya: Tur-operatorlar 20 milyon avro cərimələndi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək elektrik verilişi xətti tikiləcək

Balakən 38 minə işıqlandırılacaq

Xanlar Vəliyev təqaüdə göndərildi

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Kassalar insanız, xəbərlər jurnalistsiz - Süni intellekt iş başında

Bakıda bağçadan 9 ədəd ağac kəsildi – Vəzifəli şəxs cərimələndi

İsmayıllıdakı lüks otel 9 milyona hərraca çıxarıldı

Sabah Bakının iki rayonunda qaz olmayacaq

“Dədə Qorqud” şadlıq evi bağlandı - VİDEO

Heç kim bu qədərini gözləmirdi: 157 milyon dollar gəlir...

Əhaliyə 46,1 milyon manat ƏDV qaytarılıb

Naxçıvanda pensiyalar ödənilib

Bakıda yeni park salınacaq

“Avşarlar"ın “Mona Liza”sı saxta araq verirmiş - FOTOLAR

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

“Atasığorta” ilə pis başlayıb - İki aydır ki, yığımları azalır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin