
"Goldman Sachs"dan "Fed" proqnozu
"Goldman Sachs Group Inc." iqtisadçıları Federal Ehtiyat Sisteminin ("Fed") faiz endirimlərini daha yavaş templə davam etdirəcəyini və yanvar ayında faiz dərəcələrini sabit saxlayacağını proqnozlaşdırır.
Valyuta.Az xəbər verir ki, "Fed"in 25 baza bəndlik faiz endirimi edəcəyi gözləntisini qoruyan "Goldman" iqtisadçıları, bazar günü yaydıqları qeyddə "Fed"in son açıqlamalarında endirimlərin sürətini azaltmağa yönəlik "aydın" bir meyl olduğunu bildiriblər. Yan Hatsiusa (Jan Hatzius) daxil olmaqla bir qrup iqtisadçının sözlərinə görə, bu qərarın əsas səbəbi işsizlik səviyyəsinin "Fed"in 2024-cü il proqnozlarından aşağı qalması və inflyasiyanın hədəfdən yuxarı olmasıdır.
"Açıqlama və mətbuat konfransı üçün əsas sual, qərarların hər iclasa və verilərə əsaslanaraq qəbul edilməsindən daha çox, faiz endiriminin sürətinə verilən diqqət olacaq," - deyə iqtisadçılar vurğulayıblar. Onlar əlavə ediblər ki, "Hər iki mesajı eşitməyi gözləyirik və açıqlamada daha yavaş bir tempa keçidi təsdiqləyən ifadə də ola bilər."
"Goldman Sachs"ın mövqeyi, bu həftə faiz endiriminin 90 faiz ehtimalla baş verəcəyini, lakin yanvar ayında belə bir addımın atılmayacağını gözləyən bazar qiymətləndirmələri ilə üst-üstə düşür. Bank həmçinin, gələn il mart, iyun və sentyabr aylarında faiz endirimləri olacağını və "Fed"in yekun fonlama faizinin 3,5-3,75 faiz aralığında qərarlaşacağını proqnozlaşdırır.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay