
16.12.2024 / 16:09
Təchizat Mərkəzi ilə “Estet” MMC arasında 300 minlik müqavilə - TƏFƏRRÜATLAR
61525
İnnovasiya və Təchizat Mərkəzinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Valyuta.az xəbər verir ki, tender “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş kəsintisiz güc qaynaqlarının (UPS) satın alınması ilə bağlı idi. Tenderin qalibi “Estet” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 297 min 950 manatdır.
Tenderin nəticəsi olaraq Mərkəz MMC-dən 5 min ədəd “UPS 390W/650VA” avadanlığı alır. Alınan avadanlığın bir ədədinin qiyməti 59 manat 59 qəpikdir.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay