
16.12.2024 / 10:30
Nazirlik müxtəlif avtomobillər və avtobus almaq üçün milyon manat ayırdı
61467
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsi iki yeni tender elan edib.
Valyuta.az xəbər verir ki, tender yük avtomobili və sərnişin avtobusu nəqliyyat vasitələrinin satın alınması ilə bağlıdır. Tenderin ilkin ehtimal olunan qiyməti 470 min 700 manatdır. Təkliflərin son təqdim olunma tarixi 2025-ci il 10 yanvardır.
Digər tender də istehsalat və avtomobil nəqliyyat vasitələrinin alınması ilə bağlıdır. Bu tenderin ilkin ehtimal olunan qiyməti 545 min 620 manatdır. Təkliflərin son təqdim olunma tarixi 2025-ci il 10 yanvardır.
İki tenderin birlikdə ehtimal olunan qiyməti 1 milyon 16 min 320 manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay